“Azərkosmos”un ixrac gəlirləri azalıb
2023-cü ilin yanvar-oktyabr aylarında Azərbaycan Respublikasının Kosmik Agentliyi (“Azərkosmos”) tərəfindən dünyanın 46 ölkəsinə 16,1 milyon ABŞ dolları dəyərində peyk telekommunikasiya xidmətləri ixrac edilib.
Marja.az xəbər verir ki, bu, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin təqdim etdiyi “İxrac icmalı”nın noyabr sayında bildirilir.
Xatırladaq ki, 2022-ci ilin yanvar-oktyabr aylarında “Azərkosmos” tərəfindən dünyanın 40 ölkəsinə 21,7 milyon ABŞ dolları dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edilmişdi. Beləkilə, “Azərkosmos”un ixracı bu il 25,8% azalıb
“Azərkosmos”un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 78 faizini təşkil edib. 2023-cü ilin oktyabr ayında isə “Azərkosmos” dünyanın 42 ölkəsinə 1,7 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib.
2023-cü ilin yanvar-oktyabr ayları ərzində peyk telekommunikasiya xidmətlərinin ixracının ilk beşliyində isə 4,7 milyon ABŞ dolları ilə Birləşmiş Krallıq, 3,4 milyon ABŞ dolları ilə Lüksemburq, 1,4 milyon ABŞ dolları ilə BƏƏ, 872,9 min ABŞ dolları ilə Almaniya və 622 min ABŞ dolları ilə Nigeriya qərarlaşıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 9 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 21 saat əvvəl
-
23 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb























