Azərbaycandan Kahramanmaraşa növbəti yardım
Diasporla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Diasporuna Dəstək Fondu (ADDF) Türkiyənin Kahramanmaraş bölgəsinə növbəti humanitar yardım göndərib.
Humanitar yardımın yolasalma mərasimində çıxış edən Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev bildirib ki, 6 fevral 2023-cü ildə türkiyədə baş verən dəhşətli zəlzələnin ilk saatlarından Azərbaycan dövləti və xalqı qardaş Türkiyənin yanında olub: “Prezident İlham Əliyevin göstərişi ilə dərhal zəlzələ bölgəsinə Azərbaycandan xilasedicilər və humanitar yardım karvanları göndərilib. İstər Azərbaycanda, istərsə də xaricdə yaşayan azərbaycanlılar türkiyəli qardaşlarına yardım etmək üçün səfərbər olub. Havaların soyuması ilə əlaqədar zəlzələdən içərilərində azərbaycanlıların da olduğu zərərçəkmiş şəxslərə dəstək məqsədilə bu gün göndərilən yardım da həmin prosesin tərkib hissəsidir”.
Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağcının növbəti humanitar ayrdıma görə Azərbaycan dövlətinə təşəkkür edib. Bildirib ki, istər Türkiyədəki meşə yanğınları zamanı, istər İkinci Qarabağ müharibəsi dövründə, istərsə də bu ilin fevralında baş verən zəlzələdən sonra bütün dünya “bir millət-iki dövlət” fəlsəfəsinə söykənən Azərbaycan-Türkiyə qardaşlığına əyani şahid oldu.
Daha sonra içərisində yorğan, adyal, kondisioner, isidici və yemək bişirmək üçün sobalardan ibarət olan 2 tır Kahramanmaraş rayon Afet ve Acil Durum (AFAD) Müdürlüyünə göndərilib. Humanitar yardımın tərkibi Türkiyənin Azərbaycandakı səfirliyi və AFAD-la birlikdə müzakirələr nəticəsində bölgədə hazırkı ehtiyaclar nəzərə alınaraq müəyyənləşdirilib.
Xatırladaq ki, Azərbaycan hökumətinin dəstəyi ilə ADDF cari ilin aprel ayında Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası ilə birlikdə Kahramanmaraşda zəlzələdən zərər çəkmiş 2600-dən çox ailəyə ərzaq yardımı, avqust ayında isə yeni tədris ilinin başlanması ilə əlaqədar olaraq Hatay və ətraf bölgələrdə 1-ci sinfə gedəcək şagirdlərə dəstək üçün 3000 məktəbli dəstindən ibarət humanitar yardım göndərib.
ADDF tərəfindən göndərilən yardımlar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması, zəlzələdən zərərçəkənlərin həyatlarının yüngülləşdirilməsi və ehtiyaclarının ödənilməsi məqsədilə dövlətimizin həyata keçirdiyi uzunmüddətli kampaniyanın tərkib hissəsidir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
13 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
14 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
14 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 14 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
15 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 16 saat əvvəl
-
16 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb

























