Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Azərbaycan və Özbəkistan vətəndaşlarının vizasız gediş-gəlişinə dair yeni prosedur müəyyənləşir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan və Özbəkistan vətəndaşlarının vizasız gediş-gəlişinə dair yeni prosedur müəyyənləşir
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycan və Özbəkistan vətəndaşlarının vizasız gediş-gəlişinə dair yeni prosedur müəyyənləşir.

Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “18 iyun 1997-ci il tarixli Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında Azərbaycan Respublikası və Özbəkistan Respublikası vətəndaşlarının vizasız gediş-gəlişi haqqında Sazişə əlavə və dəyişikliklərin edilməsi barədə Protokol”un təsdiq edilməsi haqqında” qanun layihəsində əksini tapıb.

Reklam_3_11

Layihəyə əsasən, Özbəkistan ərazisinə girmə, çıxma və hərəkət etmə üçün Azərbaycan vətəndaşlarının sənədlərinin yeni siyahısı müəyyənləşir.

Siyahıya Azərbaycan Respublikasının ümumvətəndaş pasportu, xidməti pasportu, diplomatik pasportu, Azərbaycan Respublikasında dənizçinin şəxsiyyət sənədi (gəminin şəxsi heyətinin siyahısı və ondan çıxarış olduqda), hava gəmisinin heyət üzvünün vəsiqəsi (uçuş tapşırığında müvafiq qeyd olduğu təqdirdə), Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi (yalnız Azərbaycan Respublikasına qayıdış üçün) daxil edilir.

Azərbaycan ərazisinə girmə, çıxma və hərəkət etmə üçün Özbəkistan vətəndaşlarının sənədlərinin yeni siyahısı da müəyyənləşir. Siyahıya Özbəkistan Respublikası vətəndaşının, yalnız Özbəkistana qayıtmaq üçün biometrik olmayan pasportu, xaricdə daimi yaşamaq üçün Özbəkistan Respublikasından qeydiyyatdan çıxan vətəndaşlar üçün və Özbəkistan Respublikasına qayıtmaq məqsədilə bütün vətəndaşlar üçün Özbəkistan Respublikası vətəndaşının biometrik pasportu, Özbəkistan Respublikası vətəndaşının xaricə getmək üçün biometrik pasportu, Özbəkistan Respublikasının biometrik diplomatik pasportu, Özbəkistana qayıdış sertifikatı (yalnız Özbəkistana qayıdış üçün), hava gəmisinin heyət üzvünün vəsiqəsi (şəxsi heyətin tərkibində hərəkət etdikdə) və hökumətlərarası feldyeger xidməti əməkdaşının şəxsiyyət vəsiqəsi daxildir.

Sazişə edilən əlavələrə görə, bir tərəfin ərazisinə müvəqqəti olaraq gələn digər tərəfin dövlətinin vətəndaşları olduqları tərəfin dövlətinin səlahiyyətli dövlət qurumlarında qeydiyyatdan keçmək (uçota salınma) öhdəliyindən azad olunurlar, bir şərtlə ki, onların qalma müddəti sazişdə göstərilən, onların şəxsiyyətini müəyyən edən və vətəndaşlığını təsdiq edən sənədlər əsasında dövlət sərhədini keçdikləri andan 15 təqvim günündən artıq olmasın.

Bir tərəfin dövlətinin vətəndaşı digər tərəfin dövlətinin ərazisində 15 təqvim günündən artıq qaldıqda, həmin vətəndaş olduğu tərəfin dövlətinin milli qanunvericiliyinə uyğun olaraq həmin dövlətin səlahiyyətli qurumlarında qeydiyyatdan (uçota durmaq) keçməlidir.

Müzakirələrdən sonra qanun layihəsi müzakirəyə çıxarılaraq bir oxunuşda qəbul edilib.

vizasız Özbəkistan
05.12.2023 12:33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ