Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

"Elektron kredit və zəmanət" informasiya sisteminin Əsasnaməsi təsdiq edilib

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Elektron kredit və zəmanət" informasiya sisteminin Əsasnaməsi təsdiq edilib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Nazirlər Kabineti bu barədə müvafiq qərar verib.

 
 
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi “Elektron kredit və zəmanət” informasiya sisteminin (bundan sonra – informasiya sistemi) “Hökumət buludu”nda yerləşdirilməsi üçün texnoloji mühiti təmin etməlidir.

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti informasiya sistemini mühafizə olunan telekommunikasiya kanalları ilə təmin etməli və həmin informasiya sisteminin təhlükəsizlik meyarları üzrə monitorinqini həyata keçirməli, informasiya sisteminin təhlükəsizliyinin təmin edilməsi məqsədilə İqtisadiyyat Nazirliyi ilə birlikdə zəruri tədbirlər görməli, İqtisadiyyat Nazirliyi Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın tələbləri nəzərə alınmaqla, informasiya sisteminin Elektron Hökumət İnformasiya Sisteminə inteqrasiyası üçün Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birlikdə zəruri tədbirlər görməlidir.

Reklam_3_11

İnformasiya sistemi Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 9 yanvar tarixli 1957 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə verilən kreditlərin dövlət zəmanəti ilə təmin edilməsi və kredit faizlərinin subsidiyalaşdırılması Qaydası”na uyğun olaraq zəmanətlə kredit almaq istəyən sahibkarlıq subyektlərinin müraciət etməsini, müraciət əsasında Qaydada nəzərdə tutulmuş halların mövcudluğunun müəyyən edilməsini, Azərbaycan Biznesinin İnkişafı Fondunun və müvəkkil kredit təşkilatlarının müvafiq qərarlarının və bildirişlərinin yerləşdirilməsini təmin edən sistemdir. İnformasiya sisteminin fəaliyyətinin təşkili, idarə olunması və təkmilləşdirilməsi ilə bağlı xərclər Fondun vəsaitləri hesabına və normativ hüquqi aktlarda nəzərdə tutulan qaydada digər mənbələr hesabına maliyyələşdirilir. Sistemdən istifadə ödənişsizdir.

İnformasiya sisteminin formalaşdırılmasına, aparılmasına, inteqrasiyasına və arxivləşdirilməsinə dair bu Əsasnamə ilə tənzimlənməyən digər məsələlər Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”na uyğun həll edilir.

Elektron kredit zəmanət
05.12.2023 12:47

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ