Putindən Türkiyə ilə bağlı açıqlama
Rusiya prezidenti Vladimir Putin Türkiyə ilə tərəfdaşlığın ən yüksək səviyyədə olduğunu və müxtəlif sahələrdə çoxillik təcrübəyə əsaslandığını bildirib.Rusiya prezidenti Vladimir Putin Rusiyada vəzifəsinin icrasına başlayan 21 ölkənin səfirlərini, o cümlədən Türkiyənin səfirini Kreml Sarayında etimadnamələrini qəbul edib.
Marja xəbər verir ki, Türkiyə ilə Rusiya arasındakı münasibətləri dəyərləndirən Putin, "Türkiyə ilə tərəfdaşlıq ən yüksək səviyyədədir və müxtəlif sahələrdə çoxillik təcrübəyə əsaslanır. Hər iki tərəf mehriban qonşuluq, tərəfdaşlıq və qarşılıqlı fayda prinsipləri əsasında əlaqələri daha da inkişaf etdirmək əzmindədir”, -bildirib.
Prezident Rəcəb Tayyib Ərdoğanla daim təmasda olduğunu deyən Putin, bu təmaslar zamanı ikitərəfli münasibətlərlə bağlı bütün vacib məsələlərin müzakirə edildiyini deyib.
"Xüsusən qeyd etmək istərdim ki, Rusiya-Türkiyə əməkdaşlığı həqiqətən də enerji sahəsində strateji xarakter daşıyır. "Rosatom" (Rusiya Dövlət Nüvə Enerjisi Korporasiyası - red) Türkiyədə ilk nüvə Akkuyu elektrik stansiyasının tikintisini davam etdirir. Təbii qaz sahəsində - "Mavi Axın" və "Türk axını" boru kəmərlərinin istismarı çərçivəsində sıx əməkdaşlıq qurulub. Türkiyədə təbii qaz paylama mərkəzinin yaradılması istiqamətində işlər davam edir. Ticarət və yüksək texnologiya sahələrində də bir çox maraqlı layihələrimiz və ortaq işlərimiz var",- Putin bildirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
13 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
13 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
13 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
15 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 15 saat əvvəl
-
15 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb

























