İsveçrə bankı şirkətlərə vergidən yayınmağa kömək etdiyinə görə cərimələnib
İsveçrədə yerləşən "Pictet" adlı bankın amerikalı vergi ödəyicilərinə aktivlərini və gəlirlərini ofşor hesablarda gizlətmələrinə kömək etdiyinə görə təxminən 123 milyon dollar cərimə ödəyəcəyi bildirilir.
İsveçrənin "Pictet" adlı bankı ofşor hesablardakı aktiv və gəlirlərini gizlətmək üçün Amerika vergi ödəyiciləri ilə əməkdaşlıq etdiyini etiraf edib.
Marja.az xəbər verir ki, bu barədə ABŞ Ədliyyə Nazirliyi açıqlama yayıb.
Açıqlamada Bankın İsveçrə və başqa yerlərdəki 1637 gizli bank hesabında 5,6 milyard dollardan çox aktivləri və bu hesablardan əldə edilən gəlirləri ABŞ Daxili Gəlir Xidmətindən (IRS) gizlətmək üçün ABŞ-ın vergi ödəyiciləri ilə əməkdaşlıq etdiyi bildirilib.
Açıqlamada, İsveçrədə və başqa yerlərdə bankda hesabı olan amerikalı vergi ödəyicilərinin 2008-2014-cü illər arasında təxminən 50,6 milyon dollar vergidən yayındığı qeyd edilib.
"Pictet" qanun pozuntusunu etiraf edib və ABŞ Xəzinədarlığına təxminən 123 milyon dollar ödəməyi qəbul edib.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 47 d. əvvəl
-
1 saat əvvəl
Avtobus parkının yenilənməsi üçün dövlət dəstəyi – kreditlərə subsidiya və zəmanət təmin olunacaq
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bakıda avtobuslarda təqaüdçü və tələbələrə güzəştli gediş haqqının tətbiqinə baxıla bilər
-
1 saat əvvəl
“Azərbaycan Hava Yolları” və “Maldivian” aviaşirkəti strateji tərəfdaşlıq elan edir
-
1 saat əvvəl
Quru yollar əhali üçün 1 yanvar 2026-cı il tarixinədək bağlı qalacaq - QƏRAR
-
2 saat əvvəl
"Təkrar marşrutlar mövcuddur və şəhər əhalisinin 17 %-nin avtobuslara çıxışı məhduddur"
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər

"AYNA-nın əlində daşıyıcıları tənbeh eləmək mexanizmi yoxdur, ancaq "brutto müqavilə" bu boşluğu dolduracaq"

Avtobus parkının yenilənməsi üçün dövlət dəstəyi – kreditlərə subsidiya və zəmanət təmin olunacaq

Sentyabrın 23-də gözlənilən hava şəraiti açıqlanıb

AYNA: Avtobusları gecə saat 00:00-a qədər işləyə bilər

“Azərbaycan Hava Yolları” və “Maldivian” aviaşirkəti strateji tərəfdaşlıq elan edir

"Təkrar marşrutlar mövcuddur və şəhər əhalisinin 17 %-nin avtobuslara çıxışı məhduddur"

“Sarı metal”ın qiyməti 3700 dolların üzərində möhkəmlənə bilsə, bahalaşma daha kəskin xarakter ala bilər"
Ən çox oxunanlar

Kapital Bazarı Assosiasiyasında yeni təyinatlar

Tarixdə ilk dəfə olaraq qızılın qiyməti 3750 dolları keçdi

“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

"Son 20 ildə iqtisadiyyatımıza 344,4 milyard dollar sərmayə qoyulub"

"Azərbaycan artıq iqtisadi diplomatiyasını ölkənin turizm potensialının daha da güclənməsinə istiqamətləndirir"

Dərnəgül tikinti materialları bazarının köçürüləcəyi yer bəlli oldu

Rəqəmsal ödənişlər sahəsində dünya lideri Bakıda yeni ofis açıb
