"İsrail Qəzzadakı tunelləri dəniz suyu ilə doldurmağı planlaşdırır"
İsrailin yeni planı ortaya çıxdı! "Dəniz suyunu tunellərə vurmağı planlaşdırır",-ABŞ mətbuatı yazır.ABŞ-ın "Wall Street Journal" (WSJ) qəzeti İsrailin Qəzzadakı tunellər ilə bağlı yeni planının olduğunu iddia edib.
Marja xəbər verir ki, qəzetin ABŞ rəsmilərinə istinadən xəbərinə görə, İsrail Qəzza zolağının geniş tunel şəbəkəsini dəniz suyu ilə doldurmaq üçün təxminən 1 mil şimalda böyük nasoslar sistemi quraşdırıb.
Quraşdırılmış ən azı 5 nasosun Aralıq dənizindən su çəkə biləcəyi və saatda minlərlə kubmetr su vura, tunelləri bir neçə həftə ərzində su ilə doldura biləcəyi qeyd edilir.
Xəbərdə İsrailin məsələni ilk olaraq noyabrın əvvəlində ABŞ-a bildirdiyi, planın hərbi və ətraf mühitə təsiri ilə bağlı müzakirələrə səbəb olduğu qeyd edilib. ABŞ rəsmiləri bildiriblər ki, İsrail hökumətinin planı hansı mərhələdə həyata keçirəcəyini bilmirlər, hələlik yekun qərar verilməyib.
Sözügedən xəbərdə İsrail ordusunun planının tunelləri zərərsizləşdirə biləcəyi, lakin bunun Qəzza zolağındakı təmiz suyu çirkləndirə və infrastruktura zərər verə biləcəyi qeyd edilib.
Plandan xəbərdar olan mənbə qəzetə bildirib ki, tunelləri su ilə doldurmaq həftələr çəkəcək. HƏMAS və girovlara təxliyə üçün vaxt verəcəyini bildirilib.
İsrail Müdafiə Nazirliyi hələlik məsələ ilə bağlı açıqlama verməsə də, HƏMAS-ın daha əvvəl verdiyi açıqlamada İsrailli girovların tunellərdə və təhlükəsiz bölgələrdə saxlandığı bildirilmişdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
13 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
13 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
13 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
15 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 15 saat əvvəl
-
15 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb

























