İsveçdə iş saatının azaldılması məsələsi nəzərdən keçirilir
İsveçin sosial-demokrat partiyası (Socialdemokraternа) 2026-cı il seçki kampaniyası çərçivəsində hazırlanan təkliflər paketinə iş vaxtının azaldılması məsələsini daxil edib.
Bəzi tədqiqatların nəticələrinə görə, iş saatlarının azaldılması əməkdaşların enerjisinin bərpa olunmasını artırır, eyni zamanda, əmək və ailə həyatı arasında balansı yaxşılaşdırır.
İsveçdə 40 saatlıq iş həftəsinin tətbiq olunmasından 40 ilə yaxın vaxt keçib. Sosial-demokrat partiyasının üzvü Annika Strandhall vurğulayıb ki, pandemiyadan sonra baş verən hadisələr əmək şəraitinin dəyişdirilməsinin mümkün olacağını göstərib, amma bu, bütün peşələrə şamil olunmur.
Annika Strandhall deyib: “Biz bir neçə fərqli modeli nəzərdən keçirmişik, amma iş saatlarının nə qədər ixtisar edilməsi məsələsində hələ də nəticə əldə edə bilməmişik. Bu ideyanın irəli sürülməsi bir çox sahələrdə işçi qüvvəsinin çatışmadığı şəraitə təsadüf edib. Son dörd il ərzində stress səbəbindən əvvəllər olduğundan 50 faiz daha çox insan xəstəxanaya yerləşdirilib”.
Sözügedən məsələ üzrə konkret siyasi təkliflər 2024-cü ilin aprelində təqdim ediləcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
13 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
13 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
13 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
15 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 15 saat əvvəl
-
15 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb

























