Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Aktau və Türkmənbaşı limanlarını Konstanta limanı ilə birləşdirən layihəyə start verilir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Aktau və Türkmənbaşı limanlarını Konstanta limanı ilə birləşdirən layihəyə start verilir
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti  “ADY Konteyner” dünyanın ən böyük gəmiçilik şirkətlərindən biri olan COSCO SHIPPING Lines-lə əməkdaşlıq çərçivəsində Qazaxıstanın Aktau və Türkmənistanın Türkmənbaşı limanlarını Rumıniyanın Konstanta limanı ilə birləşdirən yeni xidmətə start verir.

Bu barədə Marja-ya “ADY Konteyner” şirkətindən bildirilib.

Qeyd edilib ki, "ADY Konteyner” və COSCO SHIPPING Lines-ın birgə layihəsi çərçivəsində Aktau və Türkmənbaşı limanları ilə Rumıniyanın Konstanta limanı arasında dəmiryolu və dəniz xətti ilə birgə daşımalar həyata keçiriləcək.

Layihə çərçivəsində “ADY Konteyner” şirkəti konteyner qatarlarını Aktau və Türkmənbaşı limanlarından Xəzər dənizi və dəmiryolu vasitəsilə Gürcüstanın Batumi limanına çatdırılmasını həyata keçirəcək. Konteynerlər Batumidən Rumıniyanın Konstanta limanına COSCO SHIPPING Lines-ın təqdim etdiyi gəmilər vasitəsilə daşınacaq. 

Aktau və Türkmənbaşı limanları ilə Konstanta limanı arasında yeni dəmiryolu-dəniz əlaqəsi hazırkı mürəkkəb vəziyyətdə təchizat zəncirinin bütövlüyünü təmin edəcək,  Çin və Orta Asiya ilə Avropanı sürətli və səmərəli xidmətlə birləşdirməyə şərait yaradacaq.

12.12.2023 09:29
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.

♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18

Ən çox oxunanlar