Bakı Fond Birjası UNDP-nin tədbirində iştirak edib
12 dekabr 2023-cü il tarixində Bakı Fond Birjasının əməkdaşları UNDP (Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı) təşkil etdiyi “Qadınların Səlahiyyətlərinin Genişləndirilməsi Prinsipləri” təcrübə mübadiləsi tədbirində iştirak edib.
Birjanın yaydığı məlumatda bildirilir ki, tədbir zamanı özəl sektorda gender bərabərliyinin tövhələri, gender boşluqlarının azaldılmasına dair təşəbbüslər, qadın səlahiyyətlərini artırılmasında ticarət palatalarının rolu və digər mövzularda geniş müzakirələr aparılıb.
Qeyd edilib ki, Bakı Fond Birjası cari ilin fevral ayında BMT-nin Qadın Agentliyi və BMT Qlobal Sazişinin təşəbbüsü ilə irəli sürülən Qadınların Səlahiyyətlərinin Artırılması Prinsipləri “Qadınların səlahiyyətlərinin artırılması prinsipləri” WEPs (Women Empowerment Principles) təşəbbüsünə qoşulmuşdur. Qadınların Səlahiyyətlərinin Genişləndirilməsi Prinsipləri (WEPs) Azərbaycanda BMT-nin İnkişaf Proqramının Cənubi Qafqazda Qadınların İqtisadi Səlahiyyətlərinin Artırılması layihəsi (WEESC II) çərçivəsində həyata keçirilir. Layihə İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyi və Avstriya İnkişaf Agentliyi tərəfindən maliyyələşir. Layihənin əsas hədəflərindən biri BMT-nin “UN Women”/“UN Global Compact” strukturlarının Qadınların Səlahiyyətlərinin Genişləndirilməsi prinsipləri (“Bərabərlik biznes deməkdir!”) haqqında məlumatlılığı artırmaq məqsədilə şirkətlərə texniki dəstək təmin etməkdir.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 23 saat sonra
-
-
51 d. əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 54 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Ən çox oxunanlar
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq
Rəsmi məzənnələr açıqlandı























