"Tiktok" bu il Azərbaycandan yüklənmiş 800 minə yaxın videonu silib
2023-12-20 09:34 - Qısa videolara baxmaq və yaratmaq üçün aparıcı platforma olan TikTok 2023-cü ilin nəticələrinə yekun vurub və Azərbaycanın ən diqqət çəkən videolarının, tanınmış yaradıcılarının və əsas hitlərinin siyahısını hazırlayıb.
Şirkətin yaydığı məlumatda qeyd edilib ki, Dünyada 1 milyarddan çox insan hər gün başqalarını ilhamlandırmaq və ruhlandırmaq, biliklərini bölüşmək, unikal məzmun yaratmaq və sadəcə olaraq özlərinin və bir-birlərinin əhval-ruhiyyəsini yüksəltmək üçün TikTok-a daxil olur.
"2023-cü ildə Azərbaycandakı icmamız yaradıcılığı və həyatdan parlaq anları aktiv şəkildə bölüşməyə davam etdi. Ölkədə istifadəçilərin maarifləndirici məzmuna marağı artdı və faydalı videolar yaradıldı: istifadəçilər kitab tövsiyələri ilə bağlı fikir mübadiləsi apardılar, xarici dilləri öyrəndilər, sadə və ləziz yeməklər hazırladılar, idman rekordları vurdular və səfərlərindən canlı təəssüratlarla bölüşdülər. Artıq özlərini sübut etmiş ulduzlar yaradıcılıq yollarını davam etdirir, yeniləri isə daha da parlayırdılar. TikTok istifadəçilərinin bu il nə etdiyini birlikdə xatırlayaq!", -məlumatda bildirilir.
Tiktok Azərbaycanda məşhur videoların, 2023-cü ildə xüsusilə parlamağı bacaran yaradıcıların, 2023-cü ildə xüsusilə parlamağı bacaran yaradıcıların, TikTok vasitəsilə aktiv inkişaf edən azərbaycanlı sahibkarların, bu il Azərbaycanda istifadəçilərin ən çox dinlədiyi musiqi parçalarının və ölkədə istifadəçilər tərəfindən sevilən kulinariya reseptlərinin siyahılarını dərc edib.
Qeyd edilib ki, TikTok-da təhsil məzmunu Azərbaycanda istifadəçilər arasında fəal şəkildə populyarlıq qazanır.
"Booktok fenomeni bütün dünyada sensasiyaya çevrildi: əvvəlcə bir neçə kitab həvəskarı öz kitab tövsiyələrini TikTok-da paylaşsalar da, indi bu, dünyada kitabsevərlərin ən böyük onlayn icmasıdır və BookTok həştəqi altında olan məzmunlar 200 milyard baxış əldə edib! Xüsusilə Azərbaycandakı istifadəçilər üçün biz kitabfestin- mütaliə və ədəbiyyata həsr olunmuş və ölkə daxilində istifadəçiləri daha çox oxumağa, kitab tövsiyələri ilə bağlı fikir mübadiləsi aparmağa, yeni ədəbiyyat kəşf etməyə və nəhəng kitabsevərlər cəmiyyətinin bir hissəsi olmağa ruhlandırmaq üçün nəzərdə tutulmuş layihə yaratmaqla TikTok-da Boktok-u lokallaşdırdıq. Layihə çərçivəsində ədəbiyyat haqqında videolar artıq 17 milyondan çox baxış toplayıb",- məlumatda qeyd olunur..
Bundan əlavə, bu yay TikTok Azərbaycandakı istifadəçiləri Ümumdünya Kitab Gününü qeyd etməyə və booktoazerbaijan həştəqindən istifadə edərək onların mütaliə sevgisi haqqında videolar paylaşmağa dəvət edib. Təşəbbüs çərçivəsində videolar 13 milyondan çox baxış toplayıb. Beləliklə, ümumilikdə Azərbaycanda ədəbiyyatla bağlı videoçarxlar artıq 30 milyon dəfədən izlənilib.
Qeyd edilib ki, TikTok təkcə istedadlı yaradıcılar üçün deyil, həm də kiçik bizneslər üçün platformadır. Yerli sahibkarlar TikTok-da sadəcə cəlbedici məzmun yaratmaqla özlərini tanıtmaq və heç bir sərmayə qoymadan potensial müştərilər əldə etmək imkanı əldə edirlər. Bu il TikTok Azərbaycanda İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) ilə birlikdə Startap Akademiyası təşəbbüsünü irəli sürüb. Akademiya çərçivəsində TikTok mütəxəssisləri innovativ startapların nümayəndələrinə platformada minlərlə insana onların məhsul və xidmətləri haqqında məlumat əldə etməyə kömək edəcək maraqlı və kreativ məzmun yaratmağı izah ediblər. Proqramda Azərbaycan və Özbəkistandan 32 startap iştirak edib.
TikTok platforma icmasının təhlükəsizliyinə üstünlük verir, həmçinin Azərbaycanda istifadəçilərin yaradıcılığı üçün rahat mühit yaratmağa və saxlamağa çalışır. Bunun üçün platformanın ictimai qaydalarını pozan məzmunu müəyyən etmək və ona qarşı tədbir görmək üçün innovativ texnologiyalar və ekspertlərin birləşməsindən istifadə edir. Hazırda dünyada 40 000-dən çox ixtisaslaşmış işçi TikTok-un təhlükəsizliyinə cavabdehdir.
TikTok ictimaiyyətinə şəffaflıq və hesabatlılığı təmin etmək üçün silinmiş videolar və hesablar haqqında müntəzəm olaraq məlumat yerləşdirir. Belə ki, təkcə 2023-cü ilin birinci yarısında Azərbaycanda TikTok İcma qaydalarını pozan 760 min video silinib.
TikTok platforma istifadəçilərinin təhlükəsizliyini təmin etmək və Azərbaycanda istifadəçiləri daha da yaradıcı və maarifləndirici məzmun yaratmağa ruhlandırmaq üçün işləməyə davam edəcək.
XXX
2023-12-13 16:51 - Bu il “TikTok” istifadə qaydalarının pozulmasına görə Azərbaycandan yerləşdirilmiş 760 min videonu platformasından silib.
Bunu jurnalistlərlə görüşdə “TikTok”un əməliyyatlar departamentinin rəhbəri Ekaterina Blinets bildirib.
Bundan başqa, o deyib ki, bu il təmsil etdiyi şirkətin dəstəyi ilə Azərbaycan və Özbəkistandan olan 32 startapın fəaliyyətinə dəstək verilib: "Bu layihədə “TikTok”un Azərbaycandan olan tərəfdaşı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyidir".
© Report
Müştərilərin xəbərləri
Wolt Azərbaycanda "Wolt+ Həftələri" kampaniyasını start verir - Üzvlərə xüsusi endirimlər və təkliflər təqdim olunur
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 həftə sonra
-
- 17 d. əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
“PAŞA Bank” səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək
-
13 saat əvvəl
“Prime Cotton” beynəlxalq sertifikat portfelini daha da gücləndirir
- 13 saat əvvəl
- 13 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Ötən il 3 bankın kredit portfeli azalıb - RENKİNQ
1 gün ərzində 500-ə yaxın sığorta hadisəsi qeydə alınıb
Trampdan Davosda mühüm açıqlamalar
“Prime Cotton” beynəlxalq sertifikat portfelini daha da gücləndirir
Ən çox oxunanlar
"Moody’s" Azərbaycanın kredit profili üzrə rəyini açıqlayıb
"Bir" ekosistemində yeni təyinatlar
BOKT illik 16% ilə borc alır
"FINCA Azerbaijan" 1 milyon dollar borc alır
“Azərşəkər”in sabiq rəhbəri və daha iki nəfərin məhkəməsi başlayıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
Wolt Azərbaycanda "Wolt+ Həftələri" kampaniyasını start verir - Üzvlərə xüsusi endirimlər və təkliflər təqdim olunur
"Bizim məhsulu sata bilməməklə bağlı problemimiz yoxdur"
















