"Marşrut xətləri azaldılmalıdır" - NAZİR MÜAVİNİ
Velosiped zolaqlarının təşkili diqqət mərkəzindədir. Velosiped zolaqlarının vahid xəritəsinin təşkilinə başlamışıq. Qısa zamanda bu işlər başa çatdıqdan sonra biz nəqliyyat axınında keyfiyyət baxımdan bir dəyişikliyi müşahidə edəcəyik. Zolaqlar boş qalmamalıdır. Avtobus zolaqları ilə bağlı da işlər görülür. Hazırda Bakıda 21 avtobus zolağı var.
Bunu Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müavini Rəhman Hümmətov Azərbaycanda mobilliyin transformasiyası proqramının təqdimatı zamanı deyib.
“Bu gün Bakıda 180-ə yaxın marşrut xətti var. Təhlilər onu göstərir ki, bu marşrut xətləri azaldılmalıdır. Amma bu o demək deyil ki, məntəqələrin sayı azaldılmalıdır. Əksinə məntəqələr daha da genişləndirilməlidir” -, deyə o əlavə edib.
Rəhman Hümmətov vurğulayıb ki, əsas məqsəd vətəndaşlara daha yaxşı xidmət göstərməkdir: "Həmçinin daşıyıcıların avtobus parkının yeniləməsi üçün də iş aparılır. Sərnişinlərə daha keyfiyyətli xidmət göstərmək üçün yeni avtobusların gətirilməsi nəzərdə tutulur. Biz bu il Bakı-Sumqayıt yolunda avtobus zolağı təşkil etdik. Bu isə həmin istiqamətdə 1 800-dən çox avtobusun rahat hərəkət etməsinə, sərnişinlərin yollarda 20 dəqiqədən çox vaxt itirməsinin qarşısını almağa imkan verib. Hesab edirəm ki, hazırda Bakı şəhərində avtobus zolaqlarının sayının artırılmasına ehtiyac var".
© APA, Report
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
- 12 d. əvvəl
- 20 d. əvvəl
- 30 d. əvvəl
-
46 d. əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
- 50 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
PAŞA Bankın İPO-sunda kiçik investorların süni sıxışdırılmasının qarşısı alınacaq
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Qızılın qiyməti son 6 ayın ən aşağı səviyyəsinə düşüb
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək

























