Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Lerikdə KOB dostu ofisi fəaliyyətə başlayıb

Lənkəran-Astara iqtisadi rayonunda KOB dostu ofislərinin sayı 5-ə, ölkə üzrə isə 47-yə çatıb.
iç səhifə xəbər başlığı altı (mobil)_31
Lerikdə KOB dostu ofisi fəaliyyətə başlayıb

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Lənkəran-Astara iqtisadi rayonu üzrə sayca 5-ci KOB dostu ofisi fəaliyyətə başlayıb.

KOBİA-nın yaydığı məlumatda bildirilir ki, bununla da sahibkarlara yerində dəstək və xidməti təmin edən KOB dostu ofislərinin sayı ölkə üzrə 47-yə çatıb. 

Reklam_3_11

Dekabrın 19-da Lerik rayonunda sahibkarlarla görüş keçirilib, KOB dostu ofisi ilə tanışılıq olub. Müvafiq dövlət qurumlarının və rayonda fəaliyyət göstərən sahibkarların iştirakı ilə təşkil olunan görüşdə biznesin ehtiyaclarına, sahibkarların qarşılaşdıqları çətinliklərə dair fikir mübadiləsi aparılıb, təklifləri dinlənilib. 

Görüşdə Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov və KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov çıxış ediblər. Çıxışlarda Lənkəran-Astara iqtisadi rayonunda biznes üçün potensial, sahibkarlığın inkişafına göstərilən dövlət dəstəyi, bu sahədə yeniliklər, o cümlədən KOBİA-nın mikro, kiçik və orta sahibkarlara dəstək və xidmətləri barədə məlumat verilib. Qeyd edilib ki, Lerik rayonu əsasən kənd təsərrüfatı üzrə ixtisaslaşıb. Burada turizm, heyvandarlıq və arıçılıq kimi sahələrdə biznes fəaliyyəti üçün də imkanlar genişdir. Regiondakı 5 KOB dostu ofisi bölgədə yeni bizneslərin yaradılması, mövcud sahibkarlıq fəaliyyətinin inkişaf etdirilməsi, iş adamlarının problemlərinin həlli və qanuni maraqlarının müdafiəsi istiqamətində dəstək göstərir. Bölgədə sayca 5-ci KOB dostu ofisinin Lerikdə fəaliyyətə başlaması ilə KOB dostu şəbəkəsi Lənkəran-Astara iqtisadi rayonuna daxil olan 6 inzibati rayondan 5-ni əhatə edib. KOB dostları fəaliyyət göstərdikləri ərazi ilə yanaşı, ətrafdakı şəhər və rayonların sahibkarlarına da xidmət edirlər.  

Tədbirdə həmçinin, KOB dostu mexanizmi, KOBİA-nın mikro və kiçik sahibkarlara göstərdiyi dəstək barədə filmlər nümayiş olunub, sahibkarları maraqlandıran suallar cavablandırılıb.

Sonra tədbir iştirakçıları Lerik Rayon İcra Hakimiyyətinin inzibatı binasında yerləşən KOB dostu ofisində sahibkarlara dəstək və xidmətlərin göstərilməsi üçün yaradılmış şəraitlə tanış olublar. 

Bölgəyə səfər çərçivəsində KOBİA nümayəndələri Lənkəran rayonunda arıçılıq təsərrüfatının fəaliyyəti ilə də tanış olub, sahibkarın biznes ehtiyacları ilə maraqlanıblar. Qeyd edək ki, müvafiq təsərrüfatın sahibinə arıçılıq təsərrüfatında məhsuldarlığı artıran avadanlığın hazırlanması üçün KOBİA tərəfindən qrant ayrılıb. 

19.12.2023 17:55

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ