Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

İqtisadi Zonaların İnkişafı Agentliyinin Müşahidə Şurasının iclası keçirildi

Agentliyin strukturunun təkmilləşdirilməsi, sənaye zonalarında rezidentlərə xidmət göstərəcək təsərrüfat cəmiyyətinin yaradılması barədə təkliflər təhlil edilib.
iç səhifə xəbər başlığı altı (mobil)_31
İqtisadi Zonaların İnkişafı Agentliyinin Müşahidə Şurasının iclası keçirildi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Dekabrın 20-də İqtisadiyyat Nazirliyinin İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) Müşahidə Şurasının növbəti iclası keçirilib.

Müşahidə Şurasının sədri, iqtisadiyyat nazirinin müavini Səməd Bəşirlinin sədrliyi ilə keçirilən iclasda İZİA-nın İdarə Heyətinin sədri Elşad Nuriyev 2023-cü ildə sənaye zonaları və aqroparklarda görülmüş işlər və əldə edilmiş nəticələr barədə məlumat verib. Qurumun daxili audit hesabatı dinlənilib, növbəti il üzrə büdcə proqnozu nəzərdən keçirilib.

İclasda 2024-cü il üzrə qarşıya qoyulmuş prioritet inkişaf istiqamətləri, baxılmaqda olan layihələrlə bağlı müzakirələr aparılıb. Agentliyin strukturunun təkmilləşdirilməsi, sənaye zonalarında rezidentlərə xidmət göstərəcək təsərrüfat cəmiyyətinin yaradılması barədə təkliflər təhlil edilib.

20.12.2023 19:17

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ