"Faizləri aşağı salmağa başlamağımız vacibdir, lakin bunu çox tez etməməliyik"
ABŞ Mərkəzi Bankının (FED) Filadelfia şöbəsinin rəhbəri Patrick Harker, FED-in faiz dərəcələrinin daha da artırılmasına qarşı olduğunu söyləyib, tezliklə olmasa da, faizləri azaltmağa açıq olduğuna bildirib.
Marja xəbər verir ki, Filadelfiyada bir radioda çıxış etmiş Harker, "Mən deyirəm ki, faiz dərəcələrini bir müddət olduğu yerdə saxlayaq, bunun necə nəticələndiyini görək, daha faiz dərəcələrini artırmağa ehtiyac yoxdur. Ancaq irəliyə baxaraq, bu faizləri endirməyə başlamağımız vacibdir. Bunu çox tez etməyə ehtiyac yoxdur. Biz bunu dərhal etməyəcəyik, bir az vaxt aparacaq”, - deyib.
Harkerin şərhləri, Fed-in keçən həftə bir gecəlik faiz dərəcəsini 5,25 faiz-5,50 faiz aralığında saxlamağa qərar verdikdən sonra ilk şərhdir.
Harker müsahibəsində tənəzzülün qarşısı alındığı, inflyasiyanın 2 faizə qayıtdığı və əmək bazarının ciddi şəkildə zədələnmədiyi iqtisadiyyatda “yumşaq eniş”in mümkün olduğunu bildirib. O əlavə edib ki, işsizliyin orta səviyyədə artacağını gözləyir, lakin şirkətlər işçi tapmaqda daha şanslı olurlar. Harker bildirib ki, faiz dərəcələrinin aşağı salınmasının bir səbəbi bahalı borc faizləri ilə mübarizə aparan müəssisələrə kömək etməkdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 46 d. əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
- 2 saat əvvəl
-
2 saat əvvəl
“166 Logistika” ilə Çindən 12 günə sürətli çatdırılma - Regionda bir ilk ®
-
3 saat əvvəl
"Bankımız 100 milyonluq manat istiqrazı buraxmağı planlaşdırır"
- 3 saat əvvəl
-
3 saat əvvəl
"Müştərilərə keşbek və “ƏDV-geri al” üzrə 100 milyona manata yaxın ödəmiş etmişik"
-
3 saat əvvəl
"Azərbaycanda "yaşıl artım"a keçid maliyyə sektorunun inkişaf strategiyasının əsas məqsədidir"
-
3 saat əvvəl
Unibankın biznes üçün “Bahar endirimi” kampaniyası davam edir
-
3 saat əvvəl
“Naxçıvanbank”ın kredit portfelinin böyük hissəsini əldə etmişik"