Daşınmaz əmlakın icbari sığortası üzrə müqavilələrin sayı kəskin azalıb
2017-ci ilin iyul ayı ərzində daşınmaz əmlakın icbari sığortası (DƏİS) üzrə 8076 sığorta müqaviləsi bağlanmışdır.
İcbari Sığorta Bürosunun yaydığı məlumata görə, daşınmaz əmlakın icbari sığortası üzrə sığorta şirkətlərinə daxil olan sığorta haqlarının məbləği 1 282 916 manat təşkil etmişdir.
Daşınmaz əmlakın icbari sığortası müqavilələrinin 6062-i yaşayış evləri və mənzillər, 15-i inzibati binalar, 1999-u isə digər daşınmaz əmlakla bağlı olmuşdur.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə daşınmaz əmlakın icbari sığortası üzrə müqavilələrin sayında 26% azalma, sığorta haqlarının məbləğində isə 5% artım müşahidə edilmişdir.
Hesabat dövründə daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə 167, sərnişinlərin icbari fərdi qəza sığortası üzrə 28 sığorta müqaviləsi bağlanılmışdır.
Hazırda daşınmaz əmlakın icbari sığortası növü üzrə İcbari Sığorta Bürosunun iştirakçıları olan 13 sığorta şirkəti (“Atəşgah” Sığorta Şirkəti ASC, “Standard Insurance” Sığorta Şirkəti ASC, “AtaSığorta” ASC, “Xalq Sığorta” ASC, “PAŞA Sığorta” ASC, “AXA MBASK” Sığorta Şirkəti ASC, “AzSığorta” ASC, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti, “Meqa Sığorta” ASC, “İpək Yolu Sığorta” ASC, “Azərbaycan Sənaye Sığorta” ASC, “Qala Sığorta” ASC, “Günay Sığorta” ASC) fəaliyyət göstərir.
Qeyd: Məlumatların işıqlandırılması zamanı Büronun yeni loqosundan istifadə edilməsi xahiş olunur:
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 10 saat əvvəl
-
1 gün əvvəl
İlin sonuna qədər Astara terminalının inşasında əsas işlər yekunlaşacaq
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Bakıda külək güclənəcək, yağış intensivləşəcək - XƏBƏRDARLIQ
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Şuşada birinci yaşayış kompleksinin açılışı və şəhərə köçmüş ilk sakinlərlə görüş olub
-
2 gün əvvəl
"Effektinvest" MMC-nin istiqrazları Bakı Fond Birjasında listinqə daxil edilib
-
2 gün əvvəl
AccessBank Naxçıvanda sahibkarlara dəstək mövzusunda konfrans təşkil edib