Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

“PAŞA Holding”in “Vətən əmanətlərin keşiyindədir” layihəsi çərçivəsində şəhid ailələrinə bayram sovqatları çatdırılır

800-dən çox şəhid ailəsinin övladlarına Yeni il münasibətilə sovqatlar təqdim edilib.
iç səhifə xəbər başlığı altı (mobil)_31
“PAŞA Holding”in “Vətən əmanətlərin keşiyindədir” layihəsi çərçivəsində şəhid ailələrinə bayram sovqatları çatdırılır
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

(®) PAŞA Holding 44 günlük Vətən Müharibəsində şəhid olan qəhrəmanlarımızın 18 yaşadək olan övladları üçün sosial dəstək proqramını davam etdirir.

Proqram çərçivəsində, Yeni il, Novruz Bayramı, Qurban Bayramı, Ramazan Bayramı və Zəfər günü münasibətilə şəhid övladı olan ailələrə PAŞA Holding və Bravo supermarketlər şəbəkəsi tərəfindən bayram sovqatlarının təqdim edilməsi  nəzərdə tutulub. 

Yeni il münasibəti ilə təqdim edilən sovqatlar 15 dekabr tarixindən etibarən Bravo supermarketlər şəbəkəsi tərəfindən “Regional İnkişaf” İctimai Birliyinin könüllülərinin dəstəyi ilə sözügedən şəhid ailələrinə çatdırılmaqdadır. Bayram sovqatlarına müxtəlif ərzaq məhsulları daxildir. Sosial proqram məhz 18 yaşadək uşaqları əhatə etdiyindən, sovqat qutusuna uşaqlar üçün də bayram paketi daxil edilib. Layihə 44 günlük Vətən Müharibəsində, zəfərdən sonra və sentyabr təxribatları zamanı şəhid olan şəxslərin ümüumilikdə 800-dən çox ailəsini əhatə edir. 

Xatırladaq ki, PAŞA Holding və onun törəmə şirkətləri tərəfindən 44 günlük Vətən Müharibəsində şəhid olan qəhrəmanlarımızın 18 yaşadək olan övladları üçün təşkil olunmuş bu proqrama həm təhsil, həm də səhiyyə sahələri daxildir. 

Məlumat üçün qeyd edək ki, PAŞA Holding cari təşəbbüsü növbəti il – yəni 2024-cü il ərzində də davam etdirəcək. Təşəbbüs çərçivəsində şəhid övladlarına eyni qaydada sovqatların, məktəbli ləvazimatlarının təqdim edilməsi, eləcə də sığorta xidmətlərinin təmin edilməsi nəzərdə tutulur. 

Bravo yeniil bayram paşaholdiq sovqat
26.12.2023 15:22

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ