Ultel şirkətinin Baş direktoru dəyişib - YENİ TƏYİNAT
ABŞ-da oxumuş və 10 ildən artıq iş təcrübəsinə sahib İlqar Nəhmədov "Ultel" şirkətinin Baş direktoru təyin edilib.Telekommunikasiya xidmətləri göstərən Ultel şirkətinin rəhbərliyində yeni təyinat olub.
İlqar Nəhmədov Ultel şirkətinin Baş direktoru vəzifəsinə təyin edilib.
Ultel şirkətinin sabiq Baş direktrou Rizvan Səfərov öz istəyi ilə bu vəzifədən ayrılıb.
İlqar Nəhmədov telekommunikasiya və informasiya texnologiyaları sahələrində ümumilikdə 10 ildən artıqdır ki, fəaliyyət göstərir və bu sahədə geniş iş təcrübəsinə sahibdir.
Ultel şirkətinin Baş direktoru vəzifəsinə təyinatından öncə, o, həmin şirkətdə Baş direktorun müavini vəzifəsində çalışıb. Bundan öncə isə İlqar Nəhmədov ölkəmizdə fəaliyyət göstərən aparıcı telekommunikasiya, neft-qaz və beynəxalq hüquq şirkətlərində müxtəlif rəhbər vəzifələri tutub.
İlqar Nəhmədov Amerika Birləşmiş Ştatlarının İllinoys Texnologiyalar İnstitutunun və Harvard Biznes Məktəbinin məzunudur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
52 d. əvvəl
Norm Ümumdünya Ətraf Mühit Günü 2026-nı sponsor qismində dəstəkləyib
-
1 saat əvvəl
"Bakı Metropoliteni" dövlət büdcəsini 43 milyon manat xərcə salıb
-
1 saat əvvəl
"BakuBus" Bakıda sərnişindaşıma üzrə 51 milyon manata yaxın zərər edib
- 2 saat əvvəl
-
3 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
- 3 saat əvvəl
-
3 saat əvvəl
Nazir müavini “TikTok” platformasının nümayəndələri ilə görüş keçirilib
- 4 saat əvvəl
-
4 saat əvvəl
Azercell müştəri məmnuniyyəti üzrə beynəlxalq sertifikasiyasını yeniləyib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 4 GÜN
Norm Ümumdünya Ətraf Mühit Günü 2026-nı sponsor qismində dəstəkləyib
AFB Bank-dan tibb işçilərinə özəl nağd kredit kampaniyası
Ən çox oxunanlar
Xalq Bank rəqəmsal əmanət xidmətini istifadəyə verdi
Bakıda torpaq daha sürətlə bahalaşır - daşınmaz əmlak seqmentləri arasında ən yüksək artım
İyunun 10-da gözlənilən hava şəraiti - 33 DƏRƏCƏ İSTİ PROQNOZU
"Debitor borcların artması ciddi problemdir"























