Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

“MKT İstehsalat Kommersiya” şirkəti “Uşaqlara sevinc bəxş et” şüarı altıda Yeni il şənliyini keçirib

iç səhifə xəbər başlığı altı (mobil)_31
“MKT İstehsalat Kommersiya” şirkəti “Uşaqlara sevinc bəxş et” şüarı altıda Yeni il şənliyini keçirib

(®) Uşaqlar gələcəyimizdir, onların rifahının yüksəldilməsi çiçəklənən sabahın əsasını qoyur.

Uşaqları heç bir zaman diqqətdən kənarda qoymayan “MKT İstehsalat Kommersiya” MMC-nin növbəti tədbiri də məhz gələcəyimiz olan uşaqları hədəf almışdır. Şirkət komandası 26 dekabr tarixində Biləsuvar rayonunun pambıqçılıqla məşğul olan, ən yüksək məhsuldarlığa sahib kəndlərindən biri Xırmandalı kənd Müşfiq Abbasov adına 2 saylı tam orta məktəbində ibtidai sinif şagirdləri üçün “Uşaqlara sevinc bəxş et” şüarı altıda növbəti yeni il şənliyini keçirmişdir.

Keçirilən tədbirdə 150-dən çox ibtidai sinif şagirdi, müəllim kollektivi  iştirak etmişdir. Uşaqlara bayram sevinci yaşatmaq üçün Şaxta Baba və animatorların iştirakı ilə bir sıra əyləncələr təşkil edilib. Tədbirə xüsusi hazırlaşan şagirdlər tamaşalar nümayiş etdirmiş, şeirlər və nəğmələr oxumuşdur.  Daha sonra Şaxta Baba uşaqları qarşıdan gələn yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibəti ilə təbrik edib bayram hədiyyələri təqdim etmişdir. 

Gələcəkdə də bu tip tədbirlərin keçirilməsi və daha çox uşağın sevincinin bir parçası olmaq “MKT İstehsalat Kommersiya” MMC-nin hədəflərindən biridir.

Tədbir haqqında videonu “MKT İstehsalat Kommersiya” MMC-nin YouTube kanalından izləyə bilərsiniz. 

“MKT İstehsalat Kommersiya” MMC Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunda 25 ildən çox iş təcrübəsinə malikdir. Şirkətin fəaliyyətinin əsas istiqaməti ölkənin 20 pambıqçılıq rayonundan 15-də pambığın yetişdirilməsi, tədarükü və daha sonra pambıqtəmizləmə müəssisələrində emalından ibarətdir. https://www.mktcotton.com

30.12.2023 11:21

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ