Daşkəsəndə Çəndə Qələviləşdirmə Zavodu sınaq rejimində istifadəyə verilib - FOTOLAR
İşlərin əsas icraçısı “Maqro Construction” MMC şirkəti olub.(®) Sifarişçisinin “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin olduğu, Baş Podrat qismində isə işlərin əsas icraçısı kimi “Maqro Construction” MMC-nin Azərbaycan Respublikasındakı Filialının çıxış etdiyi Daşkəsən rayonunda yerləşən Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsində (ÇİRES) Çəndə Qələviləşdirmə Zavodu sınaq rejimində istifadəyə verilib.
Dekabrın 28-də Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi, “AzerGold” QSC-nin Müşahidə Şurasının sədri Mətin Eynullayev, İqtisadiyyat nazirinin müavini Səməd Bəşirli, “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov, “Maqro Construction” MMC-nin təsisçisi Emin Uçar, eləcə də Ekologiya və Təbii Sərvətlər, İqtisadiyyat nazirliklərinin və yerli icra hakimiyyətinin nümayəndələrinin iştirakı ilə müəssisəyə baxış keçirilib.
Tədbir iştirakçıları ÇİRES-də qiymətli metal filizlərinin çəndə qələviləşdirmə (CIL – Carbon in Leach) texnologiyası ilə emalını həyata keçirəcək zavodun fəaliyyəti, eləcə də “Çovdar" mədənində hasilat prosesi və nəm tullantıların idarə olunması prosesi ilə tanış olublar.
Daşkəsən və Göygöl rayonlarında yerləşən qızıl mədənlərindən hasil edilən qiymətli metal filizlərinin emalında texniki və iqtisadi səmərəliliyin daha da artırılması məqsədilə inşa olunan zavodun tikinti-quraşdırma işləri, tətbiq edilən texnologiya və istehsal imkanları barədə ətraflı məlumat verilib.
Bildirilib ki, “Çovdar” və cinah yataqlarından hasil edilən qiymətli metal filizlərinin emalı prosesində mövcud maddi-texniki resurslardan mərkəzləşləşdirilmiş qaydada istifadə edilməsi məqsədilə 2020-ci ildə Çovdar Filiz Emalı Sahəsinin bazasında ÇİRES təşkil edilib. Ümumi sahəsi 502 hektar olan regional emal sahəsində inşa edilən yeni zavodun təyinatı “Çovdar” və cinah mədənlərində hasilat və istehsalat prosesinin daha mürəkkəb, əməliyyat xərclərinin daha yüksək olduğu mərhələdə - Sulfid fazasında filizlərin emalının optimal texnoloji üsulla həyata keçirilməsidir. Belə ki, illik 1.1 milyon ton filizüyütmə potensialına malik olan zavodun fəaliyyəti ilə filizlərin mineraloji tərkibindən və metallurji xüsusiyyətlərindən asılı olaraq qızılın 90%-dək çıxımı təmin olunacaq. Qızıl mədənlərinin Oksid fazası üzrə isə maksimum səmərəliliyin təmin edilməsi üçün topa qələviləşdirmə (HLP – Heap Leach Pad) texnologiyası tətbiq edilir.
Tanışlıq səfəri çərçivəsində bildirilib ki, ÇİRES-də çəndə qələviləşdirmə texnologiyası Böyük Britaniyanın beynəlxalq nüfuzlu “Micon International Co Limited” şirkətinin hazırladığı texnoloji dizayn əsasında layihələndirilib. “Maqro Construction” şirkətinin əsas podratçı qismində, Yilmaz Proses Teknolojileri Detay Mühendisliği Madencilik Danişmanlik Inşaat Şirkətinin subpodratçı qismində, Heerim Architecs&Planners Şirkətinin AR Filialının layihə idarəetmə üzrə məsləhətçi və nəzarətçi qismində iştirak etdiyi zavod, Almaniya, İsveç, İsveçrə, Kanada və Türkiyə istehsalı olan müasir avadanlıqlarla təchiz olunub, həmçinin tikinti-quraşdırma işlərinin həyata keçirildiyi Nəm tullantı anbarı, Qoşqarçay çayından çəkilən texniki su boru xətti və digər köməkçi infrastruktur obyektləri ümumilikdə 22 ay ərzində tam hazır vəziyyətə gətirilib.
Layihənin icrası zamanı “Maqro Construction” MMC-nin Azərbaycan Respublikasındakı Filialı tərəfindən yerli və beynəlxalq qanunvericiliyin tələblərinə uyğun olaraq bütün növ təhlükəsizlik normalarına ciddi riayət olunub. Layihə üzrə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Ekspertiza Agentliyi tərəfindən təsdiq edilmiş Ətraf və Sosial Mühitə Təsirin Qiymətləndirilməsi sənədinə əsasən, istehsalatın yüksək ekoloji norma və standartlara uyğunluğu tam təmin edilib. Zavodda işçilərin sağlamlığı və əməyin təhlükəsizliyi üçün müvafiq idarəetmə sistemi qurulub.
“AzerGold” QSC ilə “Maqro Construction” MMC-nin Azərbaycan Respublikasındakı Filialının birgə əməkdaşlığı nəticəsində inşası uğurlu şəkildə tamamlanmış yeni zavodun tam gücü ilə fəaliyyətə başlaması regional sosial-iqtisadi inkişafa müsbət təsir etməklə yanaşı, qiymətli metalların ixrac potensialının genişlənməsi ilə ölkə iqtisadiyyatının, xüsusilə də qeyri-neft-qaz sahəsinin dayanıqlı inkişafına da öz töhfələrini verəcək. Azərbaycan Respublikasının iqtisadiyyatının dayanıqlı inkişafının bir parçası olmaq “Maqro Construction” MMC-nin rəhbərliyi üçün qürur və fərəh mənbəyi olmaqla bərabər, peşəkar şəkildə həyata keçirilməkdə olan sahibkarlıq fəaliyyəti nəticəsində gələcəkdə daha böyük uğurlara imza atmağımıza təkan verir.
Müştərilərin xəbərləri
BOKT "Caspian İnvest" Ulu Öndər Heydər Əliyevin 22-ci anım gününə həsr edilmiş ağacəkmə aksiyası keçirib
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 2 gün sonra
-
8 saat əvvəl
Paşinyan Azərbaycanın Ermənistana tranzit qadağasını ləğv etməsini alqışlayıb
-
-
8 saat əvvəl
241 iş günü, 107 istirahət günü, 19 bayram - 2026-cı il üçün istehsalat təqvimi təsdiq edildi
-
9 saat əvvəl
Bank avtomobillərin, daşınar və daşınmaz əmlakların sığortası üzrə tenderlər elan edib
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
10 saat əvvəl
İndiyədək heyvandarlıq sığortası üzrə 3,2 milyon manat ödəniş həyata keçirilib
- 10 saat əvvəl
-
10 saat əvvəl
Nazir Rəşad Nəbiyev “Global Infrastructure Partners” şirkətinin rəhbərliyi ilə görüşüb
-
10 saat əvvəl
10 ayda Azərbaycana 23 ölkədən 44 tondan çox qızıl idxal edilib
- 10 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
241 iş günü, 107 istirahət günü, 19 bayram - 2026-cı il üçün istehsalat təqvimi təsdiq edildi
Bank avtomobillərin, daşınar və daşınmaz əmlakların sığortası üzrə tenderlər elan edib
FİNCA-nın dollar istiqrazarı barədə qərar verildi
Nazir Rəşad Nəbiyev “Global Infrastructure Partners” şirkətinin rəhbərliyi ilə görüşüb
10 ayda Azərbaycana 23 ölkədən 44 tondan çox qızıl idxal edilib
Ən çox oxunanlar
Macarıstanın Azərbaycandan alacağı qazın həcmi məlum olub
“Azər-Türk Bank”ın rəhbərliyinə təyinat olub
Bakı Yaradıcı Həftəsi: Mədəniyyət və innovasiyanın yeni platforması
Türkiyə Mərkəzi Bankı faiz qərarını açıqlayıb
5 milyondan çox ziyan - Gömrük Komitəsinin vəzifəli şəxsləri və Hövsan Beynəlxalq Ticarət Limanının rəisi saxlanılıb
"Uğur hadisə deyil, prosesdir" - "Grand Agro" şirkətinin əməliyyatlar üzrə rəhbəri ilə MÜSAHİBƏ
Bakı-Hövsan Beynəlxalq Ticarət Dəniz Limanının rəisi həbs edilib
Ardıcıl 3 aydır Azərbaycanda orta maaş düşür










.jpg)








