İlon Mask bəşəriyyət üçün əsas təhlükə barədə xəbərdarlıq edib
Elon Musk: Demoqrafik böhran bəşəriyyətin əsas problemidirAmerikalı sahibkar İlon Mask demoqrafik böhranı bəşəriyyətin əsas problemi adlandırıb.
Marja.az xəbər verir ki, Mask "X" sosial media hesabında yazıb: "Bəşəriyyətin üzləşdiyi ən böyük problem demoqrafik çöküşdür".
Əhalinin azaldığı ölkələr arasında Yaponiya, Sinqapur, Vyetnam, İtaliya, Hollandiya, Cənubi Koreya və Çin də var.
Daha əvvəl Mask dəfələrlə süni intellekt sahəsində aparılan tədqiqatları bəşəriyyət üçün əsas təhlükələr adlandıraraq, bu cür tədqiqatların məhdudlaşdırılmalı olduğunu qeyd edib. Bir gün əvvəl o, qarşıdan gələn 2024-cü ilin əvvəlkilərdən "daha dəli" olacağını da söyləyib.
2022-ci ilin noyabrında dünya əhalisinin sayı 8 milyardı ötüb. BMT-nin məlumatına görə, 12 il ərzində planetin əhalisi 1 milyard artıb. Proqnozlara görə, bəşəriyyət 2030-cu ilə qədər 8,5 milyarda, 2080-ci ilə qədər isə zirvəyə 10,4 milyarda çatacaq.
Son 200 ildə dünya əhalisi 8 dəfə artıb. Belə ki, məsələn, əgər 1900-cü illərin əvvəllərində planetdə cəmi 1,6 milyard insan yaşayırdısa, 2000-ci illərin əvvəllərində artıq 6 milyard, 2011-ci ildə isə 7 milyard insan var idi. Belə sürətli artım tibbin inkişafı, içməli suya çıxış imkanlarının genişləndirilməsi, geniş peyvənd əhatəsi və digər nailiyyətlər ilə izah olunur.
Eyni zamanda, BMT əhalinin daimi artımına baxmayaraq, son vaxtlar onun artım tempinin aşağı düşdüyünü qeyd edib. 60-dan çox ölkədə 2022-ci ildən 2050-ci ilə qədər "davamlı olaraq aşağı doğum nisbətləri və bəzi hallarda artan emiqrasiya nisbətləri səbəbindən" əhalisinin 1% və ya daha çox azalacağı proqnozlaşdırılır. Eyni zamanda, 65 və daha yuxarı yaşda olan dünya əhalisinin xüsusi çəkisi 2022-ci ildəki 10%-dən 2050-ci ildə 16%-ə yüksələcək. Bu vaxta qədər dünyada 65 və daha yuxarı yaşda olan insanların sayının iki dəfədən çox olacağı gözlənilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
10 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
10 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
11 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
12 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 12 saat əvvəl
-
12 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb


























