Qırmızı dənizdəki böhran səbəbindən konteyner qiymətləri yüksəlir
Asiyadan Avropaya konteyner daşımaları ikiqat bahalaşıb. Belə bir vəziyyətdə Azərbaycana su yolu ilə Asiyadan gətirilən malların qiymətlərində də artım olacağı gözlənilir.
Qırmızı dənizdəki böhran Asiyadan Avropaya konteyner daşınması xərclərinin iki dəfə artmasına səbəb olub. Bu, Yəməndə fəaliyyət göstərən Husilərin hərbiləşdirilmiş qrupunun tez-tez raket hücumları ilə bağlıdır.
Bu barədə Marja.az "Freightos" beynəlxalq yük bron platformasının məlumatlarına istinadən xəbər verir.
Məlumatlara görə, son vaxtlar Asiyadan Şimali Avropaya bir qırx futluq konteynerin tranzitinin qiyməti 4000 dolları keçib. Eyni konteynerin Aralıq dənizi ölkələrinə çatdırılmasının dəyəri isə 5175 dollar/FEU-ya yüksəlib.
Ekspertlər Qırmızı dənizdə geosiyasi gərginliyin davam etməsi fonunda konteyner daşımalarının qiymətinin daha da artacağını bildirirlər.
Dekabrın 18-də “Reuters” agentliyi Norveçin “Swan Atlantic” neft tankerinin Qırmızı dənizdə atəşə tutulması barədə məlumat yayıb. Ekipaj xəsarət almayıb.
Husilərin hücumları nəticəsində bəzi gəmiçilik şirkətləri Qırmızı və Aralıq dənizlərini birləşdirən Süveyş kanalı ilə daşımaları dayandırmaq qərarına gəliblər. Bunun fonunda dekabrın 19-da Pentaqonun rəhbəri Lloyd Austin, Qırmızı dənizi husilərin hücumlarından qorumaq üçün beynəlxalq əməliyyata başladığını elan edib.
Ocean rates – Freightos Baltic Index
Asia-US West Coast prices (FBX01) increased 63% to $2,713/FEU.
Asia-US East Coast prices (FBX03) climbed 55% to $3,900/FEU.
Asia-N. Europe prices (FBX11) increased 151% to $4,042/FEU.
Asia-Mediterranean prices (FBX13) increased 108% to $5,175/FEU.
Air rates – Freightos Air Index
China – N. America weekly prices stayed level at $5.85/kg
China – N. Europe weekly prices fell 25% to $2.98/kg.
N. Europe – N. America weekly prices fell 13% to $1.82/kg.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 saat əvvəl
-
3 saat əvvəl
Səudiyyə Ərəbistanını şirkəti Azərbaycanda layihələrinə 1,2 milyard dollar sərmayə yatıracaq
-
- 4 saat əvvəl
-
6 saat əvvəl
18 marşrut üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Azərbaycan Çin şirkətilə Abşeronda Yaşıl Enerji Sənaye Parkı yaradacaq - ANLAŞMALAR
-
6 saat əvvəl
Ağalarov yeni müqavilələr imzaladı - otellər, tibb mərkəzləri tikiləcək
-
8 saat əvvəl
Carlsberg Azerbaijan-ın dəstəyi ilə “Xəzəri Qoruyaq!” aksiyası keçirildi
-
10 saat əvvəl
Azercell istifadəçilərinə 3 aylıq pulsuz “Wolt+” abunəliyi təqdim edir!
-
10 saat əvvəl
Bank of Baku-dan SƏHİYYƏ, TİBB işçiləri üçün 50.000 AZN-dək KOMİSSİYASIZ kredit
Son Xəbərlər

1 trilyon dollardan artıq aktivləri idarə edən şirkət Azərbaycanla əməkdaşlığın genişləndirilməsində maraqlıdır

Səudiyyə Ərəbistanını şirkəti Azərbaycanda layihələrinə 1,2 milyard dollar sərmayə yatıracaq

18 marşrut üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib

Ələtdə hava limanının açılış tarixi açıqlanıb

Azərbaycan Çin şirkətilə Abşeronda Yaşıl Enerji Sənaye Parkı yaradacaq - ANLAŞMALAR
Ən çox oxunanlar

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

Oktyabrın 1-dən bazarlara vergi nəzarəti gücləndirilir - Uçotda olmayanlara işləməyə icazə verilməyəcək

Azərbaycan şirkəti Almaniya şirkətilə saziş imzaladı - Elektrikli avtobuslar yığılacaq
