Alman fermerlər ölkə boyu etiraz aksiyaları keçirirlər
Alman fermerləri hökumətin kənd təsərrüfatına subsidiyaları mərhələli şəkildə ləğv etmək planına qarşı etirazlarını bütün ölkəyə yayıblar. Fermerlər traktorları ilə magistrallara gedən yolları bağlayırlar. Etirazların bir həftə davam edəcəyi gözlənilir.Almaniyada koalisiya hökumətinin kənd təsərrüfatına subsidiyaları mərhələli şəkildə dayandırmaq planı fermerlərin böyük reaksiyasına səbəb olub.
Marja.az xəbər verir ki, traktorları və yük maşınları ilə uzun növbələr yaradan alman fermerlər Almaniyanın bəzi bölgələrində magistral yolları bağlayaraq ölkə daxilində etirazlara başlayıblar.
Hökumətin kənd təsərrüfatında istifadə olunan dizel yanacağına vergi güzəştlərinin aradan qaldırılması planına qarşı nümayişlərə toplaşan fermerlərin etirazlarının bir həftə davam edəcəyi açıqlanıb.
Reuters-in məlumatına görə, fermerlər vergi endirimlərinin sona çatmasının təsərrüfatları iflasa sürükləyəcəyini iddia edirlər.
“Əkinçi yoxdursa, yemək yox, gələcək yoxdur” yazılı etiraz plakatları ilə bəzədilmiş traktor və yük maşınlarının karvanları yolları bağlayıb. Bu etirazların bir çox sektorun logistikasında problemlər yaradacağı bildirilir.
Alman Fermerlər Birliyinin (DBV) sədri Joachim Rukwied, verdiyi açıqlamada, fermerlərin kənd təsərrüfatı sektoru üçün nəzərdə tutulan vergi artımlarını qəbul etməyəcəklərini deyib.
Keçən həftədən bəri artan fermer etirazları hökuməti planına dəyişiklik etməyə məcbur edib. Fermerlərin kənd təsərrüfatı dizelinə görə vergi güzəştini qəfil dayandırmaq əvəzinə, subsidiya bu il 40 faiz, 2025-ci ildə 30 faiz azaldılacaq və 2026-cı ildən sona çatacaq.
Hökumət həmçinin meşə təsərrüfatı və kənd təsərrüfatı üçün avtomobil vergilərinə güzəştli rejimin ləğvi planlarından da imtina edib.
Alman Fermerlər Birliyidəyişikliklərin kifayət etmədiyini və bu həftəki etiraz planlarına sadiq qaldıqlarını açıqlayıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
25 d. əvvəl
Lizinq şirkəti zəmanətsiz istiqrazlarını alana illik 15 faiz ödəyəcəyini vəd edir
-
30 d. əvvəl
Tekstil müəssisəsinin qurulması və 400-dən çox iş yerinin yaradılması hədəflənir
-
1 saat əvvəl
"Legion Financial” şirkətinin səhmləri birjada listinqə daxil edilib
-
1 saat əvvəl
ADY sədri Rövşən Rüstəmov Çində Orta Dəhliz və Azərbaycanın bu dəhlizdəki mühüm rolunu müzakirə edib
-
1 saat əvvəl
İlin sonuna kimi Türkiyədə dolların dəyəri 38 lirəyə çata bilər
-
1 saat əvvəl
"İnvest-AZ İnvestisiya Şirkəti"nin xalis gəliri 2,6 dəfə artıb
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Birgə şirkət və Sumqayıt Kimya Sənaye Parkında xüsusi zona yaradılacaq - SAZİŞ İMZALANDI