Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Ərdoğan Azərbaycanla Türkiyə arasındakı 250 milyonluq qrant sazişini təsdiqlədi

iç səhifə xəbər başlığı altı (mobil)_31
Ərdoğan Azərbaycanla Türkiyə arasındakı 250 milyonluq qrant sazişini təsdiqlədi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanla Türkiyə arasında imzalanan qrant sazişini təsdiqləyib.

Sənəd 10 maddədən ibarətdir.

Reklam_3_11

Sazişi Azərbaycan tərəfdən ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, Türkiyə tərəfdən isə xəzinə və maliyyə naziri Mehmet Şimşek imzalayıb.

Sazişin icrasına cavabdeh qurum olaraq Türkiyənin Xəzinə və Maliyyə Nazirliyi və Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi müəyyən olunub.

Sazişə əsasən, Türkiyənin Xəzinə və Maliyyə Nazirliyi Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyinə 250.000.000.00 TL-yə (14,111 milyon manat) qədər vəsait ayıracaq.

Məqsəd Türkiyə-Azərbaycan Beynəlxalq Meşə Təlim Mərkəzi və Tingçilik Müəssisəsi layihəsinin həyata keçirilməsinin maliyyələşdirilməsidir.

Layihənin ümumi dəyəri (Tikinti+konsaltinq) 250.000.000.00 TL-dən az olduğu halda, Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi qrantdan qalan qalıq hissəni istifadə etmək hüququnu tələb etməyəcək. Qrant verən qrant məbləğini birbaşa və ya dolayı yolla aşan heç bir əlavə xərci ödəməyəcək.

Qrant çərçivəsində bütün ödənişlər və əməliyyatlar hər növ vergilərdən, rüsumlardan, xərclərdən və fond ödəmələrindən azad ediləcək.

Qrant sazişi 2025-ci ilin dekabrın 31-dək qüvvədə olacaq.

Qeyd edək ki, 2022-ci il oktyabrın 20-də Cəbrayıl rayonu ərazisində yaradılacaq “Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzi”, “Ağıllı Tingçilik” və “Dostluq Meşəsi” Kompleksinin təməlqoyma mərasimi keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mərasimdə iştirak ediblər.

© Report

12.01.2024 10:27

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ