"AFB Bank" 2023-cü il xalis mənfəətlə başa vurub
"AFB Bank" ASC 2023-cü il üzrə maliyyə göstəricilərini açlıqlayıb.
Marja.az xəbər verir ki, "AFB Bank" ASC 2023-cü ili 7 milyon 652 min manat xalis mənfəət ilə başa vurub. Bank 2022-ci ili 10 milyon 884 min manat xalis mənfəət ilə bağlamışdı. Xalis mənfəətin azalması qeyri-faiz gəlirlərinin düşməsi və cəmi xərclərin artmasından qaynaqlanır.
Ötən il "AFB Bank"ın faiz gəlirləri 21,5% arataraq 22 milyon 168 min manat, qeyri-faiz gəlirləri isə 28% azalaraq 8 milyon 164 min manat təşkil edib.
2023-cü ildə "AFB Bank"ın cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 30 milyon 332 min manat (2022-ci ildə 29 milyon 646 min manat) cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 23 milyon 733 min manat (2022-ci ildə 19 milyon 956 min manat), gəlirlər xərcləri üstələdiyindən əməliyyat mənfəəti 6 milyon 599 min manat (2022-ci ildə 9 milyon 690 min manat) təşkil edib. Mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlardan qayıdan 3 milyon 528 min manatın hesabına Bankın mənfəəti 10 milyon 127 min manata yüksəlib. "AFB Bank" ötən il 2 milyon 475 min manat mənfəət vergisi ödəyib.
2023-cü ildə "AFB Bank"ın cəmi gəlirləri 676 min manat, cəmi xərcləri isə 3 milyon 777 min manat artıb. Xərclər gəlirlərdən daha çox artdığı üçün Bankın əməliyyat mənfəəti azalıb.
BANK BÖYÜYÜB, MÜŞTƏRİLƏRƏ VERİLMİŞ KREDİTLƏR ARTIB
2023-cü ildə "AFB Bank"ın cəmi aktivləri 48 milyon 286 min manat və ya 17,1% artaraq 31 dekabr 2023-cü il tarixində 330 milyon 668 min manat təşkil edib.
Ötən il "AFB Bank"ın cəmi kredit portfeli (müştərilərə verilmiş kreditlər) 9 milyon 196 min manat və ya 5,4% artaraq 180 milyon 50 min manata yüksəlib. O cümlədən, istehlak kreditləri portfeli 2 milyon 927 min manat artaraq 22 milyon 7 min manata, ipoteka kreditləri portfeli 11 milyon 717 min manat artaraq 61 milyon 818 min manata yüksəlib, biznes kreditləri portfeli isə 5 milyon 448 min manat azalaraq 96 milyon 225 min manata geriləyib.
BANKDA DEPOZİTLƏR ARTIB
Ötən il "AFB Bank"da depozitlər 52 milyon 88 min manat və ya 44,8% artaraq 168 milyon 256 min manata yüksəlib. O cümlədən, fiziki şəxslərin depozitləri 43 milyon 426 min manat artaraq 73 milyon 245 min manata, hüquqi şəxslərin depozitləri 8 milyon 662 min manat artaraq 95 miylon 11 min manata yüksəlib.
31 dekabr 2023-cü il tarixində "AFB Bank" ASC 78 milyon 863 min manat məcmu kapitala malik olub. Bank 2022-ci ilin sonunda 82 milyon 459 min manat məcmu kapitala malik idi.
Müştərilərin xəbərləri
FIFA 2026 finalını yerində izləmək fürsəti sahibinə təqdim edildi – Birbank və Visa-nın kampaniyası yekunlaşdı
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 3 gün sonra
-
1 saat əvvəl
Azərbaycanda balıqçılıq müəssisələri AKİA-nın xətti ilə güzəştli kredit ala biləcək
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Danimarkanın əczaçılıq şirkətinin Azərbaycanda fəaliyyəti müzakirə olunub
-
2 saat əvvəl
Azərbaycan şirkəti Rusiyada aqropark yaradacaq - 3,4 MİLYONLUQ MÜQAVİLƏ İMZALANIB
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Aqrar sənayedə ilk: kalium sulfat artıq Azərbaycanda istehsal olunur
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 5 GÜN
Azərbaycanda balıqçılıq müəssisələri AKİA-nın xətti ilə güzəştli kredit ala biləcək
Qızıl kreditini bu banka gətirənlərə endirim var
AccessBank QSC taksi xidməti tenderi elan edir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell yeni baş icraçı direktor təyinatını elan edib
Ən çox oxunanlar
"Caspian Motor-Show" bu il “Sea Breeze”də keçiriləcək
Xərcləmədən də mil qazanmaq mümkündür: “Miles&Smiles PAŞA Bank” kartlarında yeni funksionallıq
FIFA 2026 finalını yerində izləmək fürsəti sahibinə təqdim edildi – Birbank və Visa-nın kampaniyası yekunlaşdı
Nazirə yeni müşavir təyin edilib
İyunun 9-da gözlənilən hava şəraiti



















