Azərbaycan yanvarın 14-dək Rusiyaya 2,1 milyon ədəd yumurta tədarük edib
Azərbaycan yanvarın 14-dək Rusiya Federasiyasına 2,1 milyon ədəd yumurta tədarük edib.
Bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti (“Rosselxoznadzor”) teleqram kanalında məlumat yayıb.
Yüklər müvəqqəti saxlama anbarına daxil olduqdan sonra idxal olunan məhsulların keyfiyyətini və təhlükəsizliyini təmin etmək üçün nümunələr götürülüb.
Qeyd edək ki, Azərbaycan 2023-cü il dekabrın 19-dan Rusiya Federasiyasına yumurta tədarükünə başlayıb.
Yanvarın əvvəlində Türkiyədən Rusiya Federasiyasına yumurta tədarükünə başlanılıb, ümumilikdə 633,6 min ədəd idxal edilib. Türkiyənin 21 müəssisəsi Rusiya Federasiyasına yumurta ixrac etmək hüququna malikdir.
Belarus da tədarükləri gücləndirib: yanvarın 1-dən yanvarın 9-dək keçən ilin eyni dövründəki 6,3 milyon yumurta ilə müqayisədə 11,7 milyon yumurta idxal edilib.
Nəticədə Kənd Təsərrüfatı Nazirliyi topdansatış bazarında yumurtanın qiymətində azalma qeydə alıb və bu tendensiyanın istehlakçı şəbəkəsinə də keçəcəyini gözləyir.
2024-cü il yanvarın 1-dən yumurtanın qiymətinin kəskin artması fonunda Rusiya Federasiyası onların idxalı üçün rüsumları altı ay ərzində sıfıra endirib. Gözlənilir ki, bu tədbir 1,2 milyard ədəd yumurtanın idxalına imkan verəcək və qiymət vəziyyətini sabitləşdirəcək.
Rusiyanın Federal Statistika İnstitutunun ("Rosstat") məlumatına görə, 2023-cü ildə ölkədə yumurta 1,6 dəfə, dekabrda isə 18,2 % bahalaşıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 7 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 19 saat əvvəl
-
21 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 22 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb





















