Samsungdan sual və təəccüb dolu 2024
Samsung smartfon anlayışını yeni mərhələyə çıxarmağa hazırlaşır. Galaxy Unpacked 17 Yanvar 2023-cü il tarixində təqdim olunacaq.(®) 2024 gələr-gəlməz Samsung texnoloji yenilikləri ilə bazara yeni nəfəs verməyə başlayıb. Görünür, texnonəhəngin dərinliklərində qlobal çağırışlara cavab çoxdan hazırlanır.
İnternet və çöl reklamlarında “AI gəlir” deyə ismarış verən Samsung deyəsən smartfon anlayışını yeni mərhələyə çıxarmağa hazırlaşır. Belə olarsa, əvvəlcə telefon, ardınca təkamül edərək smartfon adlandırılan cihaz Samsungun yüngül əli ilə yeni dövrün, yeni anlayışın, yeni yanaşmanın əsasını qoyacaq.
Süni zəka (AI – artificial intelligence, ingiliscə) yeni flaqman cihaza hansı üstünlüklər verə bilər? Ola bilsin ki, cihaz təhlil tələb edən bir qrup əməliyyatı vahid çətir altında toplasın. Və ya genişləndirilmiş təhlil imkanları ilə istifadəçilərə yeni fürsətlər versin. Ola da bilsin ki, bu yeni texniki fürsətlər rəqəmsal bazarda dəyişikliklərə gətirib çıxarsın.
Yeni yayımlanan kommunikasiyada diqqət çəkən daha bir ünsür çarxın sonuna yaxın görünən dairədir. Maraqlıdır, bu süni zəka ilə bağlıdır, yoxsa yeni kameraya işarədir?

Ehtimal ki, kameraya aidiyyatı olmadan çarxda obyektivi xatırladan dairə çəkilməzdi. Amma Samsung mobil bazarı bundan əvvəlki flaqmanlarda da kamera keyfiyyəti ilə təəcübləndirə bilmişdi. Ancaq o cihazların ilkin çarxlarında süni zəka yox idi. Burada isə kamera obyektivini xatırladan dairə “AI gəlir” ifadəsinin ətrafında fırlanır. İnanmaq çətin olsa da, ağıla gələn tək ehtimal kameranın süni zəka imkanları ilə zənginləşdirilməsidir. Bu halda bu cür kamera istifadəçiyə hansı üfüqləri açacaq? Həvəskar və peşəkar istifadəçilər nə cür cavab verəcək? Hər halda Samsung kimi texnonəhəng buna da hazır olar.
Yazılanlar bir ehtimaldır, daha dəqiq və ətraflı məlumat Samsung tərəfindən rəsmi təqdimatda açıqlanacaq. Hər halda yanvarın 17-nə az qalıb.
Galaxy Unpacked 17 Yanvar saat 22:00-da rəsmi YouTube kanalımızda
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
8 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
9 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
9 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
10 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 10 saat əvvəl
-
11 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb






















.jpg)





