Azərbaycanda pambıq və kartof istehsalı azalıb
2023-cü ildə Azərbaycanda 2022-ci illə müqayisədə 14,4 faiz az olmaqla 276,1 min ton pambıq yığılmışdır.Kənd təsərrüfatı bitkilərinin yığımı başa çatmışdır.
Dövlət Statistika Komitəsinin yaydığı məlumatda bildirilir ki, 2023-cü ildə qarğıdalı da daxil olmaqla tarlalardan 3 milyon 248,6 min ton və ya 2022-ci ilə nisbətən 2,8 faiz çox dənli və dənli paxlalı bitkilər, 1 milyon 10,5 min ton (5,9 faiz az) kartof, 1 milyon 825,6 min ton (0,1 faiz çox) tərəvəz, 438,2 min ton (6,6 faiz az) bostan məhsulları, 1 milyon 261,3 min ton (0,7 faiz çox) meyvə və giləmeyvə, 224,5 min ton (5,6 faiz çox) üzüm, 1,1 min ton (12,3 faiz çox) yaşıl çay yarpağı, 29,3 min ton (0,2 faiz az) günəbaxan, 219,8 min ton (1,3 faiz az) şəkər çuğunduru, 6,3 min ton (24,9 faiz çox) tütün və 276,1 min ton (14,4 faiz az) pambıq yığılmışdır.
2023-cü ildə diri çəkidə 647,7 min ton ət, 2284,0 min ton süd, 2188,2 milyon ədəd yumurta, 15,1 min ton yun, 357,0 ton barama istehsal olunmuşdur. 2022-ci illə müqayisədə ət istehsalı 3,1 faiz, süd istehsalı 0,9 faiz, yumurta istehsalı 8,4 faiz, barama istehsalı 4,6 faiz artmış, yun istehsalı isə 3,9 faiz azalmışdır.
2022-ci illə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 3,0 faiz, o cümlədən heyvandarlıq məhsulları istehsalı 3,2 faiz, bitkiçilik məhsulları istehsalı 2,7 faiz artmışdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 7 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 19 saat əvvəl
-
21 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 22 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb





















