Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Bakı Fond Birjası "Konstromat" şirkətinin səhmlərini şərti listinqə daxil edib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bakı Fond Birjası "Konstromat" şirkətinin səhmlərini şərti listinqə daxil edib

18 yanvar 2024-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "Konstromat" ASC-nin səhmləri Bakı Fond Birjasında standart bazar seqmentində şərti listinqə daxil edilb.

Birjanın yaydığı məlumatda bildirilir ki,  "Konstromat" ASC-nin “Bakı Fond Birjası” QSC-də “Qiymətli kağızların listinqə daxil olunması, listinqdə saxlanılması, delistinqi və ticarətinin təşkili qaydaları” nın 4.5-ci bəndinin tələblərinə uyğun olaraq, özünün nizamnamə kapitalını növbəti 6 ay ərzində ən azı 200.000 (iki yüz min) manata çatdırılması, həmçinin emitent mütəmadi olaraq yenilənən və onun fəaliyyətinin mühüm istiqamətlərini işıqlandıran internet səhifəsinin bərpası işlərinin tamamlanmasını üzərinə götürür.

Reklam_3_11

Qeyd olunan səhmlərin yerləşdirilməsi Bakı Fond Birjasında abunə yazılışı üsulu ilə həyata keçiriləcəkdir.

19 yanvar 2024-cü il tarixində "Konstromat" ASC-nin səhmləri üzrə abunə yazılışına başlanılmış və 3 (üç) iş günü müddətində davam edəcəkdir. Yerləşdirmənin başlanmasına ən azı 2 iş günü qalmış yerləşdirmənin baş tutacağı tarix BFB-nin internet səhifəsində investorlara açıqlanacaqdır. 

Yerləşdirmə üzrə anderrayter “Invest-AZ İnvestisiya Şirkəti” QSC -dir.

Hər birinin nominal dəyəri 10 manat olan adi, adlı, sənədsiz səhmlərin sayı 19 600 ədəddir. 

listinq Konstromat səhmlər birja
19.01.2024 09:46

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ