Azərbaycan xaricdən mal əti alışını kəskin artırıb
2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycan mal əti idxalı 85,3 faiz artıbAzərbaycana, 2022-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə 2023-cü ilin yanvar-noyabr aylarında bitki yağları idxalı 7 faiz, unlu qənnadı məmulatları – 11,3 faiz, şokolad və şokolad məhsulları – 13,7 faiz, mal əti – 85,3 faiz, təzə tərəvəz – 5,7 faiz, siqaretlər – 66,3 faiz, minik avtomobilləri – 32,8 faiz, dərman vasitələri – 0,9 faiz, polad prokatı – 42,6 faiz, qara metallardan borular – 73,3 faiz, hesablama maşınları, blok və qurğuları – 18,0 faiz, rezin şinlər – 18,6 faiz, yük avtomobilləri – 41,9 faiz, sintetik yuyucu vasitələr – 8,1 faiz, mebellər – 15,1 faiz, polietilen – 35,7 faiz, mineral gübrələr – 34,7 faiz, paltaryuyan maşınlar – 47,4 faiz, qara metallardan çubuqlar – 1,3 faiz, qara metallardan künclüklər – 28,9 faiz, polipropilen – 42,1 faiz, məişət soyuducuları – 59,6 faiz artmışdır.
Bu barədə Marja.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Qeyd edilib ki, buğda idxalı isə 6,2 faiz, xam şəkər – 17,7 faiz, təzə meyvə – 2,5 faiz, kərə yağı, digər süd yağları və pastaları – 11,0 faiz, çay – 5,2 faiz, kartof – 14,4 faiz, quş əti və onun əlavə məhsulları – 9,5 faiz, məişət kondisionerləri – 5,3 faiz, avtobuslar – 69,0 faiz, sement – 27,0 faiz azalmışdır.
Ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 18,1 faizi Rusiya, 17,4 faizi Çin, 13,2 faizi Türkiyə, 5,3 faizi Almaniya, 5,2 faizi ABŞ, 4,2 faizi Türkmənistan, hər biri 2,7 faiz olmaqla İran və İtaliya, hər biri 2,5 faiz olmaqla Yaponiya və Koreya, 2,4 faizi Fransa, 2,0 faizi Birləşmiş Krallıq, 1,7 faizi Belarus, hər biri 1,3 faiz olmaqla Ukrayna, Qazaxıstan və Braziliya, 1,2 faizi Hindistan, 0,9 faizi Polşa, 0,8 faizi Vyetnam, 13,3 faizi isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşmüşdür.
2023-cü ilin yanvar-noyabr aylarında əvvəlki ilin eyni dövrü ilə müqayisədə mühüm məhsul növlərindən təzə meyvə ixracı 22,0 faiz, təzə tərəvəz – 4,2 faiz, meyvə və tərəvəz şirələri – 38,7 faiz, meyvə və tərəvəz konservləri – 23,0 faiz, təbii üzüm şərabları və üzüm suslosu – 13,7 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar – 40,3 faiz, polipropilen – 73,6 faiz, polietilen – 32,6 faiz, sement klinkerləri – 17,6 faiz, pambıq ipliyi – 35,6 faiz, bentonit gili – 2,6 faiz artmış, kartof ixracı isə 9,0 faiz, şəkər – 30,5 faiz, bitki yağları – 28,7 faiz, çay – 62,2 faiz, tütün – 63,4 faiz, pambıq lifi – 9,1 faiz, emal olunmamış alüminium – 19,6 faiz, mineral gübrələr – 9,6 faiz, qara metallardan çubuqlar – 18,6 faiz, qara metallardan borular – 15,1 faiz, qara metallardan yarımfabrikatlar – 57,9 faiz azalmışdır.
Qeyri neft-qaz məhsulları üzrə ixracın dəyərində Rusiyaya (33,1 faiz), Türkiyəyə (24,0 faiz), Gürcüstana (9,9 faiz), İsveçrəyə (5,1 faiz), Qazaxıstana (3,0 faiz), Türkmənistana (2,5 faiz), Ukraynaya (2,4 faiz), Birləşmiş Ərəb Əmirliklərinə (2,0 faiz), Qırğızıstana (1,7 faiz), Özbəkistana (1,3 faiz), Rumıniyaya (1,3 faiz), Latviyaya (1,3 faiz), İtaliyaya (1,2 faiz), Almaniyaya (1,0 faiz), Çinə (1,0 faiz) göndərilmiş malların payı üstünlük təşkil etmişdir.
İxracın 45,0 faizini İtaliyaya, 16,2 faizini Türkiyəyə, 4,4 faizini İsrailə, 4,0 faizini Yunanıstana, 3,4 faizini Rusiyaya, 2,9 faizini Hindistana, 2,5 faizini Almaniyaya, 2,3 faizini İspaniyaya, hər biri 2,2 faiz olmaqla Gürcüstan və Çexiyaya, 1,8 faizini Rumıniyaya, 1,7 faizini Xorvatiyaya, hər biri 1,4 faiz olmaqla Birləşmiş Krallıq və Bolqarıstana, 1,2 faizini İrlandiyaya, 1,1 faizini Vyetnama, 0,8 faizini Portuqaliyaya, hər biri 0,5 faiz olmaqla İsveçrə, Avstriya və İndoneziyaya, 4,0 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil etmişdir.
Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2023-cü ilin yanvar-noyabr aylarında ölkənin xarici ticarət dövriyyəsi 41 milyard 187 milyon ABŞ dolları təşkil etmişdir. Ticarət dövriyyəsinin 25 milyard 374,3 milyon dollarını və ya 61,6 faizini ölkədən ixrac olunmuş məhsulların, 15 milyard 812,7 milyon dollarını (38,4 faizini) isə idxal məhsullarının dəyəri təşkil etmiş, nəticədə 9 milyard 561,6 milyon dollar məbləğində müsbət saldo yaranmışdır.
2022-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 19,7 faiz, real ifadədə 4,8 faiz azalmışdır.
İdxal real ifadədə 5,1 faiz artmış, ixrac isə 8,2 faiz azalmışdır.
2023-cü ilin yanvar-noyabr aylarında qeyri neft-qaz məhsullarının ixracı əvvəlki ilin eyni dövrü ilə müqayisədə faktiki qiymətlərlə 10,5 faiz, real ifadədə 5,2 faiz artaraq 3 milyard 33,7 milyon dollar təşkil etmişdir.
Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumatlara əsasən ölkənin xarici ticarət dövriyyəsinin 30,8 faizi İtaliya, 15,2 faizi Türkiyə, 8,4 faizi Rusiya, 6,0 faizi Çin, 3,5 faizi Almaniya, 3,0 faizi İsrail, 2,7 faizi Yunanıstan, 2,3 faizi Hindistan, 1,8 faizi ABŞ, hər biri 1,7 faiz olmaqla Gürcüstan və İspaniya, hər biri 1,6 faiz olmaqla Çexiya, Birləşmiş Krallıq və Türkmənistan, 1,3 faizi Rumıniya, hər biri 1,1 faiz olmaqla Xorvatiya və Fransa, hər biri 1,0 faiz olmaqla Vyetnam və Bolqarıstan, hər biri 0,9 faiz olmaqla İran və Yaponiya, 10,8 faizi isə digər ölkələr ilə aparılmış ticarət əməliyyatlarının payına düşmüşdür
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 7 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 19 saat əvvəl
-
21 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 22 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb





















