Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

"COP29 Azərbaycan Əməliyyat Şirkəti"nin İdarə Heyətinə sədr təyin edilib

Bakıda keçiriləcək nəhəng tədbiri təşkil edəcək şirkətə qadın sədr təyinatı
iç səhifə xəbər başlığı altı (mobil)_31
"COP29 Azərbaycan Əməliyyat Şirkəti"nin İdarə Heyətinə sədr təyin edilib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

COP29 Azərbaycan Əməliyyat Şirkətinin İdarə Heyətinin sədri vəzifəsinə təyinat olub. 

Məlumata görə, bu vəzifə Heydər Əliyev Fondunun ətraf mühitin mühafizəsi və iqlim fəaliyyəti üzrə layihələrinin rəhbəri Nərmin Carçalovaya həvalə olunub. 

Qeyd edək ki, Nərmin Carçalova Azərbaycan Dillər Universitetində bakalavr dərəcəsi üzrə təhsil alıb və 2013-cü ildə ADA Universitetinin diplomatiya və beynəlxalq münasibətlər üzrə magistr proqramını bitirib. Daha sonra Harvard Kennedy Məktəbinin İctimai Liderlik üzrə ixtisasartırma proqramını (Public Leadership Credential), 2021-2022-ci illərdə isə dünyanın nüfüzlu universitetlərindən olan London Universitet Kollecinin (UCL) Dövlət İdarəetməsi üzrə magistr proqramını “Kənd təsərrüfatına dəstəyin timsalında meşələrin qırılmasına səbəb amillər” mövzusunda dissertasiya işi ilə bitirib.

2013-cü ildən Heydər Əliyev Mərkəzində beynəlxalq əlaqələr şöbəsində, Heydər Əliyev Fondunda ətraf mühitin mühafizəsi və iqlim fəqliyyəti üzrə layihələrin rəhbəri, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında müxtəlif vəzifələrdə işləyib. 2023-cü ildə Birləşmiş Ərəb Əmirliklərində keçirilən COP28-də Azərbaycan pavilyonunun layihə meneceri olub. 

Azərbaycan Respublikasının Prezidenti Ilham Əliyev Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19‑cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının 2024-cü ildə Bakı şəhərində keçirilməsi ilə əlaqədar aşağıdakı tərkibdə Təşkilat Komitəsi yaradılıb. Təşkilat Komitəsinə əməliyyat şirkətinin yaradılması ilə əlaqədar tədbirlər görmək tapşırılmışdı.

Nərmin Carçalova COP29 Azərbaycan Əməliyyat Şirkəti
22.01.2024 12:15

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ