Dövlət Vergi Xidmətində Fərdi İnkişaf Portalı istifadəyə verilib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) əməkdaşların təlim ehtiyaclarının fasiləsiz təmin olunması məqsədilə virtual təlim platforması - Fərdi İnkişaf Portalını yaradıb.
Xidmətin yaydığı məlumatda bildirilir ki, beynəlxalq təcrübəni nəzərə almaqla ərsəyə gətirilmiş bu platforma DVX əməkdaşlarının fərdi inkişaf təcrübəsini zənginləşdirməyə imkan verir.
Dövlət strukturları arasında müasir tələbləri özündə tam peşəkarlıqla əks etdirən E-təlim platforması bu formatda ilk dəfə tətbiq olunur. Platformanın yaradılmasını şərtləndirən səbəblərdən biri də təlim-tədris istiqamətində özünüöyrətmə mədəniyyəti formalaşdırmaqdır. Portal əməkdaşların təlim ehtiyaclarını təmin etməklə yanaşı, vaxtın idarəedilməsi imkanlarına malikdir, ənənəvi təlim və kurslardan fərqli olaraq, işçilərin vaxt itkisini minimallaşdıran rəqəmsal həllə söykənir.
Portalın mobil əlavəsi də hazırlanıb. Bu tətbiq mobil telefonlar vasitəsilə vergi işçilərinə istənilən yerdə və istənilən saatda təlimlərə qoşulmaq imkanı yaradır. Platformanın əsas üstünlüyü isə təlim materiallarının əməkdaşlar üçün daim əlçatan olmasıdır.
E-təlim platforması daha çox elektron təlimlərə fokuslansa da, hibrid tədrisi də dəstəkləyir. Təlimin müddəti, əhatə olunan mövzular funksional istiqamətlərə, təlimə cəlb ediləcək əməkdaşın iş stajı, işlədiyi sahə, gördüyü işin mahiyyəti və s. amillərə əsasən dəyişir. Müddət əməkdaşların iş yükünün həcminə və istiqamətlərə uyğun qaydada müəyyən edilir. E-təlim platformasından istifadə icbarilik və könüllülük əsasında həyata keçiriləcək. Kursları bitirən əməkdaşlar bununla bağlı sertifikat əldə edəcəklər.
“İnkişaf et, hədəfinə çat!” çağırışına söykənən Fərdi İnkişaf Portalı əməkdaşların iş vaxtına qənaət etməsini, təlim vaxtını sərbəst seçməsini, fərdi öyrənmənin üstünlüklərini təmin edəcək. Təlim alətləri isə tədrisin keyfiyyətinin artmasına, özünüinkişafı stimullaşmağa, vaxt planlamasının optimallaşdırılmasına imkan verəcək, xərclərin və sərf olunan əməyin azalmasına, təhsili fərdiləşdirmək yolu ilə bilik və bacarıqların inkişafına səbəb olacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
3 gün sonra
Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!
-
6 d. əvvəl
İlham Əliyev Xocalının Daşbulaq kəndində tut bağında görülmüş işlərlə tanış olub
-
- 33 d. əvvəl
-
43 d. əvvəl
JPMorgan: Apple iPhone 17 seriyasına maraq əvvəlki modelləri üstələyir
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Rusiyanın ixracı və FED-in qərarı öncəsi neft qiymətləri yüksəldib
- 1 saat əvvəl
-
3 saat əvvəl
BYD rəhbərliyi avtomobil sektorunu silkələyəcək 8 məlumatı açıqladı
- 19 saat əvvəl
- 21 saat əvvəl
Son Xəbərlər

Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!

Trampdan Avropaya: “Rusiyadan neft almayın” çağırışı

İqtisadi Şuranın növbəti iclası keçirilib

Qızıl bazarı FED-in qərarını gözləyir

BYD rəhbərliyi avtomobil sektorunu silkələyəcək 8 məlumatı açıqladı

İri şəbəkəyə satıcı - kassirlər tələb olunur

Sentyabrın 14-də gözlənilən hava şəraiti

Azərbaycan neftinin son qiyməti

Bakıda yenilənmiş Toyota Corolla Cross təqdim edilib

8 ayda mobil operatorlar 826 milyon manat gəlir əldə ediblər
