Azərbaycan ötən il 1 milyard manatdan çox borc qaytarıb
2023-cü ilin dövlət büdcəsində dövlət borcuna və öhdəliklərinə xidmət edilməsi ilə bağlı xərclər üzrə icra 1 milyard 182,5 milyon manat proqnoza qarşı 1 milyard 31,9 milyon manat və ya 150,6 milyon manat az (12,7 faiz) olmuşdur.
Bu barədə Marja.az Maliyyə Nairliyinə istinadən xəbər verir.
Sözügedən vəsaitin 772,3 milyon manatını xarici dövlət borcu üzrə xərclər (254,8 milyon manat əsas borc və 517,5 milyon manat faiz borcu), 259,6 milyon manatını isə daxili dövlət borcu üzrə faiz borcu təşkil etmişdir.
2023-cü ilin dövlət büdcəsində dövlət borcuna və öhdəliklərinə xidmət edilməsi ilə bağlı xərclər üzrə 150,6 milyon manat məbləğində qənaət olunmuş vəsait (o cümlədən xarici dövlət borcu üzrə 145,2 milyon manat, daxili dövlət borcu üzrə isə 5,4 milyon manat) “Dövlət borcu haqqında” Azərbaycan Respublikası Qanununun 13.2.4-cü yarımmaddəsinə uyğun olaraq “Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondu”na köçürülmüşdür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 3 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 16 saat əvvəl
-
18 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 18 saat əvvəl
- 23 saat əvvəl
-
23 saat əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 23 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb





















