50,3 milyard qazanılıb, 40,3 milyard xərclənib - QALIB 10 MİLYARD MANAT
Operativ məlumata əsasən 2023-cü il icmal büdcəsinin gəlirləri 50 milyard 343,6 milyon manat təşkil etmişdir ki, bu da proqnoza nisbətən 7milyard 283,5 milyon manat və ya 16,9 faiz, 2022-ci illə müqayisədə isə 7 milyard 246,0 milyon manat və ya 16,8 faiz çoxdur.
Bu barədə Marja.az Maliyyə Nazirliyinə itinadən xəbər verir.
İcmal büdcənin xərcləri 41 milyard 269,8 milyon manat proqnoza qarşı 956 milyon manat (2,3 faiz) az və ya 40 milyard 313,8 milyon manat təşkil etmişdir ki, bu da 2022-ci illə müqayisədə 5 milyard 240,2 milyon manat və ya 14,9 faiz çoxdur.
İcmal büdcədə 10 milyard 29,8 milyon manat büdcə artıqlığı (profisit) yaranmışdır ki, bu da proqnoza nisbətən 5,6 dəfə çoxdur.
Qeyd edək ki, icmal büdcəyə - dövlət büdcəsi, Naxçıvan MR-nın büdcəsi (büdcədənkənar fondlar da daxil olmaqla) və büdcədənkənar dövlət fondlarının gəlirləri və xərcləri daxildir.
Operativ məlumata əsasən 2023-cü il üçün dövlət büdcəsinin gəlirləri 33 milyard 890,5 milyon manat proqnoza qarşı 5 faiz və ya 1 milyard 684,3 milyon manat artıq icra olunaraq 35 milyard 574,8 milyon manat təşkil etmişdir. Bu 2022-ci illə müqayisədə 4 milyard 895,2 milyon manat və ya 16 faiz çoxdur.
Operativ məlumata əsasən 2023-cü ildə dövlət büdcəsinin xərcləri proqnoza nisbətən 99,5 faiz və ya 36 milyard 458,5 milyon manat icra olunmuşdur ki, bu da 2022-ci illə müqayisədə 4 milyard 393,9 milyon manat və ya 13,7 faiz çoxdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
2 saat əvvəl
Bakcell Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi!
- 2 saat əvvəl
-
2 saat əvvəl
MMC-lər ilə bağlı qaydalardan biri dəyişir - 2000 manatadək cərimə müəyyənləşir
-
2 saat əvvəl
Qeyri-sabit hava şəraiti mayın 9-dək davam edəcək - XƏBƏRDARLIQ
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Bakı-Tbilisi-Qars dəmir yolu xəttində modernləşdirmə işləri başa çatıb - MÜSAHİBƏ
- 3 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin yeni təlimlərə qeydiyyat üçün son 3 gün!
-
3 saat əvvəl
Azərbaycanda bu mövsüm pambıq sahələrinin sığortasında yenilik tətbiq olunub
-
4 saat əvvəl
“PAŞA Holding”in dəstəyi ilə “Qarabağ KOB-ları” proqramı 2024-cü ildə də davam etdiriləcək