Kinosevərlər üçün yerli onlayn platforma – Metaflix
"Qısa zamanda böyük izləyici kütləsinə sahib olmuşuq. Fəaliyyət göstərdiyimiz 1 il müddətində 10 000 abunə cəlb edə bilmişik".(®) Günümüzdə istədiyimiz film və ya serialı izləmək üçün onun yayımlanacağı günü və saatı gözləməyə ehtiyac qalmayıb. Onlayn kino platformalarının izləyici sayı ənənəvi TV izləyici sayını sürətlə əvəz edir. Kinosevərlər yalnız Netflix, Disney+ kimi xarici platformalara deyil, həm də “Metaflix” kimi yerli platformalara üz tutur.
“Metaflix” platformasının rəhbəri Yaşar Əhmədovla Azərbaycanda kino platformalarının inkişafı və şirkətin fəaliyyəti haqqında söhbət etdik.
- “Metaflix”in fəaliyyəti haqqında məlumat verə bilərsiniz?
- Həm yerli, həm də xarici istehsalın məhsulu olan filmləri nümayiş etdirərək, qısa zamanda böyük izləyici kütləsinə sahib olmuşuq. “Metaflix” həm sayt (www.metaflix.az), həm də mobil tətbiq olaraq fəaliyyət göstərir. Fəaliyyət göstərdiyimiz 1 il müddətində 10 000 abunə cəlb edə bilmişik.
- Platformanızın məqsədi nədir?
- Məqsədimiz ölkənin internet məkanında müasir kino və serial istiqamətində yerli istehsalçıları stimullaşdırmaq, bu çərçivədə yaradıcı qüvvələri fəaliyyətə cəlb etmək, gənclərin bu sahəyə olan marağını artırmaqdır.
- “Metaflix”də yayımlanan hansı film və serialları qeyd edə bilərsiniz?
- Platformamızda yayımlanan “Geri dönənlər”, “Qayıdış”, “İstintaq” kimi filmlər, “Bir qadın”, “İntizar”, “Uçurum” kimi seriallar izləyicilərin böyük marağına səbəb olmuşdur.
- İnsanlar bu filmləri necə izləyə bilər?
- Platformaya abunə olmaq üçün izləyicilərə 1, 6 və 12 aylıq abunəlik paketləri təklif edirik. İzləyicilər uyğun paketi seçərək, onlayn ödəniş edib platformada yerləşən bütün film və serialları rahatlıqla izləyə bilirlər.
- Bəs ödənişi nə şəkildə alırsınız?
- Ödəniş məsələsi ilə əlaqəli bir çox şirkətlə görüşlər keçirdik. Burada bizim üçün vacib olan təhlükəsiz və fasiləsiz olaraq abunəlik ödənişlərini ala bilmək idi. Abunəlik ödənişlərini dəstəkləyə bilən tək ödəniş sistemi Odero oldu. Odero Koç Holdinqin Azərbaycanda fəaliyyət göstərən onlayn ödəniş sistemidir. İzləyicilərimizin kart məlumatlarının təhlükəsizliyini təmin etmək üçün Odero-nun Kart yadda saxlama (Card Storage) xidmətindən də istifadə edirik. Artıq izləyicilərimiz bir dəfə abunə olmaqla 7/24 platformamızdaki film və seriallara baxa bilirlər.
- Yaşar bəy, platformanızda nə yeniliklər var?
- Hal-hazırda romantik komediya janrında çəkilən “Evdə qalmış” filmini yalnız “Metaflix”ə abunə olaraq izləyə bilərsiniz. Qısa zamanda isə çoxdandır gözlənilən “Hozu Zona” və ilk yerli qorxu filmi olan “Xənnas” da platformamızda yayımlanacaq. Hər birinizə xoş izləmələr!
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
1 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur










.jpg)








.jpg)

