Bu il “Azərpoçt” əməkdaşlarının qazancı artacaq
“Azərpoçt”un 2024-cü il üzrə əsas hədəfi yenidən əməkdaşların maddi rifah səviyyəsinin yüksəldilməsi olacaq. Büdcə xərclərində bu istiqamətdə 15%-lik artım nəzərdə tutulub.
Marja.az xəbər veri ki, bunu 2023-cü ilin yekunlarına dair brifinqdə çıxış edən “Azərpoçt” MMC-nin İdarə Heyəti sədrinin vəzifələrini icra edən İsi Mustafayev bildirib.
O qeyd edib ki, “Azərpoçt” əməkdaşlarının aylıq gəlirlərinin artırılması üzrə 2023-cü il üçün qarşıya hədəf kimi qoyulmuş əməliyyat bonusunun tətbiqinə başlanılıb.
Bildirilib ki, qurumun 2023-cü il üzrə illik gəliri 72.3 milyon manat təşkil edib. Bu da özündən əvvəlki ilin müvafiq dövründən 10% çoxdur. Keçən il üzrə xalis mənfəət 4.6 milyon manat, EBİTDA isə 11.5 milyon manat olub. Həmin dövrdə cəmiyyətin xərcləri 67,5 milyon manat olub. Bu da özündən əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 10% çoxdur. Xərc artımının əsas hissəsi əməkhaqqı xərclərinin payına düşür. Belə ki, 2023-cü ilin əvvəlində minimum əməkhaqqının 17% artımı xərclərin artımına səbəb olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 d. əvvəl
“AzerGold” QSC-nin yeni istiqrazlarının ilk faiz ödənişi olub
- 31 d. əvvəl
-
40 d. əvvəl
Azərbaycanda hotellərdəki yerilərin 82 faizdən çoxu istifadəsiz qalıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
“Ulduz” Şokolad Fabriki yüksək dərəcəli beynəlxalq “IFS FOOD” Version 8 sertifikatına layiq görülüb
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
3 ölkə enerji sistemlərinin birləşdirilməsi üzrə Əməkdaşlıq Memorandumu imzaladı
-
4 saat əvvəl
Şərifov: Qara dənizin dibi ilə kabel layihəsi üzrə beynəlxalq tərəfdaşlarla sıx işləyirik