Bu qayda uçotun aparılmasında çətinliklər yaradırdı, aradan qaldırıldı
Bəzi fəaliyyət növləri üzrə ƏDV tutulan əməliyyatın vaxtı dəyişdirilibVergi Məcəlləsində edilmiş mühüm dəyişikliklərdən biri də bəzi fəaliyyət növləri üzrə ƏDV tutulan əməliyyatın vaxtının dəyişdirilməsidir.
Dövlət Vergi Xidmətinin yaydığı məlumatda bildirilir ki, Vergi Məcəlləsinin 1 yanvar 2024-cü ilə qədər olan redaksiyasına əsasən, vergi ödəyicisinin təqdim edilən mallar (işlər və xidmətlər) üçün nağd pul vəsaitini aldığı, nağdsız ödəmədə isə pul vəsaitinin bankda onun hesabına daxil olduğu vaxt ƏDV tutulan əməliyyatın vaxtı hesab olunurdu. Nəzarət-kassa aparatı (NKA) tətbiq edilməli olan fəaliyyət sahələrində alıcılara POS-terminalın qəbzi ilə yanaşı, NKA çeki də təqdim edilməlidir.
Nağdsız ödəniş zamanı pul vəsaitinin vergi ödəyicisinin bank hesabına daxil olması müddəti bir neçə gün uzana bildiyindən, ayın sonuncu günlərində edilən ödənişlərdə nəzarət kassa aparatının çekinin vurulması vaxtı ilə pul vəsaitinin hesaba daxil olması vaxtı fərqli hesabat dövrlərinə təsadüf edirdi ki, bu da vergi ödəyiciləri tərəfindən uçotun aparılmasında müəyyən çətinliklər yaradırdı. Çətinliyin aradan qaldırılması məqsədilə Vergi Məcəlləsinə dəyişiklik edilib.
Dəyişikliyə əsasən, NKA tətbiq edilməli olan fəaliyyət növləri üzrə, yəni pərakəndə ticarət, ictimai iaşə fəaliyyəti, mehmanxana (hotel) və mehmanxana tipli digər obyektlər, tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər, bərbərxanalar, gözəllik salonları və kosmetoloji mərkəzlər üzrə ödənişlə bağlı NKA çekinin vurulduğu tarix ƏDV tutulan əməliyyatın vaxtı sayılır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 3 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 16 saat əvvəl
-
18 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 18 saat əvvəl
- 23 saat əvvəl
-
23 saat əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 23 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb
























