Rusiya Azərbaycana kartof ixracına nəzarəti gücləndirəcək
Azərbaycan tərəfi bildirib ki, Rusiyadan Azərbaycana göndərilən bəzi kartof məhsulu partiyalarında aşkarlanmış uyğunsuzluqların aradan qaldırılması və tələblərə tam cavab verməsinin təmin olunması istiqamətində müvafiq tədbirlər həyata keçirilməkdədir.Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli ilə Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") rəhbəri Sergey Dankvert arasında videokonfrans formatında görüş olub.
Marja.az-ın məlumatına görə, AQTA-nın yaydığı məlumatda bildirilir ki, görüş zamanı cari il ərzində Azərbaycan Respublikasından Rusiya Federasiyasına kənd təsərrüfatı məhsullarının ixracının artırılması istiqamətində müzakirələr aparılıb. Xüsusilə heyvan və bitki mənşəli məhsulların, o cümlədən süd və süd məhsullarının Rusiya Federasiyasına ixracının daha da genişləndirilməsi imkanları nəzərdən keçirilib və bu sahədə dövlət nəzarəti məsələsi önə çəkilib.
S.Dankvert vurğulayıb ki, AQTA tərəfindən müvafiq nəzarət tədbirlərinin gücləndirilməsi və işin daha səmərəli təşkili Azərbaycandan Rusiya Federasiyasına kənd təsərrüfatı məhsullarının ixracını artırmağa və prosesi operativ şəkildə həyata keçirməyə imkan yaradıb. Həmçinin qeyd edilib ki, Rusiyadan Azərbaycana göndərilən bəzi kartof məhsulu partiyalarında aşkarlanmış uyğunsuzluqların aradan qaldırılması və tələblərə tam cavab verməsinin təmin olunması istiqamətində müvafiq tədbirlər həyata keçirilməkdədir.
Q.Təhməzli iki qurum arasında qida təhlükəsizliyi, baytarlıq və fitosanitar nəzarəti sahələrində əməkdaşlığın inkişafına verdiyi töhfə və əməli fəaliyyətə görə "Rosselxoznadzor"un rəhbəri S.Dankvertə minnətdarlığını ifadə edib, görülən işlərin hər iki ölkənin ticarət dövriyyəsinin artırılmasına şərait yaradacağını bildirib. Həmçinin qarşılıqlı əməkdaşlıq və etimad şəraitində bundan sonra da qida məhsullarının idxalı və ixracı zamanı işlərin daha operativ və səmərəli həyata keçiriləcəyini diqqətə çatdırıb.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub.
"Rosselxoznadzor"un yaydığı məlumatda isə bildirilir ki, Sergey Dankvert Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin rəhbəri Qoşqar Təhməzli ilə danışıqlar aparıb.
Tərəflər Rosselxoznadzor rəhbərinin 2023-cü ilin noyabrında, Azərbaycandan yeməli yumurta idxalı üçün Rusiya bazarının açılması barədə qərarın qəbul edildiyi respublikaya səfərinin nəticələrini məmnunluqla qeyd ediblər.
Bu günə kimi Azərbaycandan Rusiya Federasiyasına 4,2 milyon ədəd yeməli yumurta gətirilib.
Ölkələr arasında iqtisadi əlaqələr inkişaf edir. Azərbaycan Rusiya üçün etibarlı tərəfdaş və aparıcı meyvə-tərəvəz ixracatçısı olaraq qalır.
Serhii Dankvert əmin edib ki, Azərbaycana kartof ixracına nəzarət gücləndiriləcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
8 saat əvvəl
"İran Azərbaycan, Kipr və Türkiyə ərazilərinə heç bir zərbə endirməyib"
-
-
8 saat əvvəl
Orban Macarıstanın Müdafiə və Enerji Təhlükəsizliyi şuralarının iclasını çağırdı
-
9 saat əvvəl
Tramp neftin qiymətinin “çox sürətlə aşağı düşəcəyini” bildirib
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Neftin qiyməti təxminən 30%-lik sıçrayışdan sonra yavaşlayıb
- 10 saat əvvəl
-
12 saat əvvəl
"Əgər neftin qiymətinin 200 dolları keçməsinə dözə bilirsinizsə, bu oyunu davam etdirin”
- 12 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Martın 10-da gözlənilən hava şəraiti
Neftin qiyməti təxminən 30%-lik sıçrayışdan sonra yavaşlayıb
Avropada qazın qiyməti 1000 kubmetr üçün 800 dolları keçib
Ən çox oxunanlar
"Əgər neftin qiymətinin 200 dolları keçməsinə dözə bilirsinizsə, bu oyunu davam etdirin”
G7 ölkələri neft ilə bağlı təcili tədbir hazırlayır
Soya yağı və buğda qiymətlərində artım
Bazarlar sarsıldı - Neft 116 dolları keçdi
Çin Boeing-dən 500 təyyarə sifariş edə bilər – tarixinin ən böyük satışlarından biri gözlənilir
Küveyt neft istehsalını azaltmağa məcbur oldu
Müharibə İraqln neft hasilatını vurdu – İstehsal 60% azalıb
























