0 faizdən 70 faizə yüksəltmək planı
"Kapital bazarlarının inkişaf strategiyası 2024-2026"nın icrası nəticəsində reallaşa biləcək potensial barədə məlumatlar verilib.
Marja.az-ın məlumatına görə, Strategiyada qeyd edilib ki, fərdi investorların kapital bazarlarında iştirakının təşviq edilməsi nəticəsində fərdi depo hesablarının sayı 50 mini ötə bilər (cari vəziyyət 1000).
Real sektorun kapital bazarlarından maliyyələşməsinin təşviq edilməsi nəticəsində isə, borc kapital bazarı vasitəsilə real sektor müəssisələrinin maliyyələşdirilməsi üzrə məbləğ 1,5 milyard manatı keçə bilər (cari vəziyyət 0.5 milyard manat). Bu dövrdə az 1 ilkin kütləvi təklif reallaşa bilər (cari vəziyyət: ilkin kütləvi təklif olmayıb).
Xidmətlərin keyfiyyəti, əlçatanlığı və effektivliyinin təmin edilməsi nəticəsində isə rəqəmsal vasitələrlə həyata keçirilən əməliyyatların cəmi əməliyyatlarda payı 70%-i aşa (cari vəziyyət 0%), kapital bazarlarına investisiya etməyə sərf edilən orta vaxt 15 dəqiqədən aşağı düşə bilər (cari vəziyyət 1 gün).
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 saat əvvəl
-
4 saat əvvəl
“Ulduz” Şokolad Fabriki yüksək dərəcəli beynəlxalq “IFS FOOD” Version 8 sertifikatına layiq görülüb
-
5 saat əvvəl
SOCAR prezidenti Ukraynanın “Naftoqaz” şirkətinin baş icraçı direktoru ilə görüşüb
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
10 saat əvvəl
“az” domeni üzrə milli inzibatçının hesabatlılığı ilə bağlı müzakirələr aparılıb
- 10 saat əvvəl
-
10 saat əvvəl
Qeyri-sabit hava şəraiti mayın 5-dək davam edəcək, temperatur 4-8 dərəcə aşağı enəcək