İri xarici bank Azərbaycan manatında növbəti dəfə istiqraz buraxıb
Asiya İnkişaf Bankı (ADB) Azərbaycanın milli valyutası ilə ikinci gender istiqrazlarının buraxılması çərçicvəsində 19,5 milyon manat (təxminən 11,5 milyon ABŞ dolları) cəlb edib.
Marja.az ADB-yə istinadən xəbər verir ki, istiqrazların buraxılmasının əsas məqsədi qadınların kreditə çıxış imkanlarını artırmaq və kənd təsərrüfatı sektorunun inkişafına dəstək verməkdir.
İstiqraz Azərbaycan manatında olsa da, hesablaşma ABŞ dolları ilə aparılır və bu, beynəlxalq investorların cəlb edilməsini asanlaşdırır.
İstiqrazların tədavül müddəti 3 ildir, kupon ödənişi yarımildə 1 dəfə olmaqla illik 6,25 % ödəniləcək.
İstiqrazların kotirovkası Lüksemburq Fond Birjasında aparılır. Qiymətli kağızların emissiyası “Merrill Lynch International” tərəfindən təşkil olunub və istiqrazlar bir avropalı investor tərəfindən alınıb.
“İnvestorların milli valyutada olan istiqrazlara beynəlxalq səviyyədə tələbatı biz borclanma proqramımızın valyuta strukturunu genişləndirməyə çalışarkən ADB-nin maliyyə resurslarının inkişaf etməkdə olan üzv ölkələrimizdə milli valyuta əməliyyatları üçün səfərbər edilməsində əsas rol oynayır”, - ADB-nin xəzinədar köməkçisi Mariya Lomotan bildirib.
Bu, ADB-nin Azərbaycan manatı ilə buraxdığı sayca üçüncü istiqrazdır. 2023-cü ildə bank iki istiqraz emissiyası vasitəsilə 8,4 milyon manat (4,9 milyon ABŞ dolları) və 14,5 milyon manat (8,5 milyon ABŞ dolları) cəlb edib.
2023-cü ildə ADB manat (Azərbaycan), yuan (Çin), lari (Gürcüstan), təngə (Qazaxıstan) və tuqrik (Monqolustan) kimi milli valyutalarda 12 istiqraz buraxıb.
ADB 1966-cı ildə yaradılıb və onun 49-u regiondan olmaqla, 68 üzvü var. Azərbaycan 1999-cu ildən bu bankın üzvüdür.
XXX
ADB Issues Second Gender Bond Denominated in Azerbaijan Manat
MANILA, PHILIPPINES (29 January 2024) — The Asian Development Bank (ADB) has raised 19.5 million Azerbaijan manat (about $11.5 million) through the issuance of its second gender bond in this South Caucasus currency.
The issue is structured as a 3-year currency-linked bond, with a sinking fund to mirror the amortizing terms of an underlying loan that seeks to expand access to credit for women and agricultural workers.
The bond is denominated in Azerbaijan manat but settled in United States dollars, which makes it easier to crowd-in international investors.
The bond pays a semi-annual coupon of 6.50% per year and is listed on the Luxembourg Stock Exchange. It was arranged by Merrill Lynch International and was subscribed by a single European investor.
“International investor demand for local currency bonds plays a key role in ADB’s mobilization of financial resources for local currency operations in our developing member countries, as we seek to broaden the currency mix of our borrowing program,” said ADB Assistant Treasurer Maria Lomotan.
This is ADB’s third Azerbaijan manat-denominated bond issue and its first local currency bond of 2024. In 2023, ADB issued 12 local currency bonds in Azerbaijan manat, Chinese renminbi, Georgian lari, Kazakhstan tenge, and Mongolian togrog.
ADB is committed to achieving a prosperous, inclusive, resilient, and sustainable Asia and the Pacific, while sustaining its efforts to eradicate extreme poverty. Established in 1966, it is owned by 68 members—49 from the region.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 3 gün sonra
-
-
5 saat əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
23 saat əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Cahan Şirkətlər Qrupuna daxil olan "Enna" şirkəti "Dayaq" mükafatına layiq görülüb
-
1 gün əvvəl
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
-
1 gün əvvəl
“Naxtel” abunəçilərinin digər mobil operatorlara miqrasiyası uğurla tamamlanıb
-
1 gün əvvəl
Şikayətlərin yarıya yaxını internet və telefon rabitəsi xidmətlərilə bağlı olub
- 1 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir
Vəhşi heyvan hücumları ilə bağlı fermerlərə çağırış edildi
"Balıq ehtiyatlarının bərpası üçün Xəzərə və daxili su hövzələrinə 17-35 milyon ədəd körpə balıq buraxmağa ehtiyac var"
10 illik proqramı 3 ilə mənimsəmək imkanı - VİDEO+FOTO
Ucuz təbii qaz Avropanın sənaye böhranını həll etmədi













.jpg)






