"Məqsədimiz ən yüksək satışa nail olmaq deyil. Təhlükəsizlik və keyfiyyət bizim birinci prioritetimizdir"
Toyota 2023-cü ildə "Dünyada ən çox avtomobil satan şirkət" olub
Yaponiyanın "Toyota Motor" şirkəti keçən il qlobal satışlarda liderliyini bir daha qoruduğunu açıqlayıb.
Marja.az xəbər verir ki, şirkət 2023-cü ilə aid avtomobil satış və istehsal məlumatlarını açıqalyıb.
Toyota 2023-cü ildə dünya üzrə 11 milyon 230 min ədəd avtomobil satıb.
Əvvəlki illə müqayisədə 7,2 faiz artan bu satışlar, şirkətin tarixində indiyə qədərki ən yüksək illik avtomobil satışları olub.
Hibrid modellərin satışları 31,4 faiz artaraq 3,42 milyon ədəd; Elektrikli modellərin satışı isə 4 dəfədən çox artaraq 104 min 18 ədəd olub.
Avtomobil satışlarına həmçinin Toyota qrupundakı avtomobil istehsalçısı Daihatsu və pikap istehsalçısı Hino-nun satışları da daxildir.
Şirkətin açıqlamasında, "Məqsədimiz ən yüksək satışa nail olmaq deyil. Təhlükəsizlik və keyfiyyət bizim birinci prioritetimizdir" deyilir.
Yapon şirkətinin ən böyük rəqibi olan Almaniyanın Volkswagen şirkəti 2023-cü ildə 9 milyon 240 min ədəd avtomobil satdığını açıqlayıb.
Beləliklə, 2023-cü ildə də Toyota Volkswagen-dən daha çox avtomobil satıb. Toyota ardıcıl 4-cü ildir qlobal satışlarda liderdir.
Toyota Motor 2023-cü ildə qlobal avtomobil istehsalını 8,6 faiz artıraraq 11 milyon 520 min ədədə çatdırıb.
Şimali Amerika, Avropa və Yaponiyada artan tələbatın müsbət təsiri ilə Şirkətin istehsalı və satışı artıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
- 13 saat əvvəl
-
13 saat əvvəl
“PAŞA Bank” qadın liderliyini təşviq edən “Women in Formula One” tədbirinin sponsorudur
-
16 saat əvvəl
Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb
- 17 saat əvvəl
- 17 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
1 gün əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
1 gün əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
Son Xəbərlər

İqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur

Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Sentyabrın 21-də gözlənilən hava şəraiti

Ərdoğan və Tramp 25 sentyabrda Ağ Evdə görüşəcək

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
Ən çox oxunanlar

"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq

"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb
