100 milyonluq dövlət istiqrazlarına 24 investor 59 sifariş təqdim edib
30 yanvar 2024-cü il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0201070023 ISIN-li, 100 mln. manat həcmində, 1092 gün olan tədavül müddətli Kuponlu, Dövlət Ortamüddətli İstiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
Brjanın yaydığı məlumata görə, hərrac zamanı 24 investor tərəfindən qiymət intervalı 94.8421 (9.00%) manat və 101.1737 (6.5626%) manat olan 59 sifariş təqdim edilmişdir.
Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 95.5945 (8.70%) manat, orta ölçülmüş qiyməti isə 97.6405 (7.8987%) manat müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 107,878,700 manat, yerləşdirilmiş həcmi isə 100,000,000 manat təşkil edilmişdir.
İstiqrazların ödəmə tarixi 26 yanvar 2027-ci ildir.
Hərrac iştirakçıları 31 yanvar 2024-cü il tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.
Qeyd: Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
1 gün əvvəl
Beynəlxalq kredit reytinq agentliyi Türkiyənin kredit reytinqini yüksəltdi
-
1 gün əvvəl
İşçi “boş-bikar” sözünü qəbul etməyib şirkət rəhbərini məhkəməyə verdi - Azərbaycanda
-
1 gün əvvəl
Umico-nun gəlirləri 3 dəfədən çox artıb, lakin zərərdən çıxa bilməyib
- 1 gün əvvəl
-
1 gün əvvəl
143 milyonluq cinayət işi ilə bağlı şahidlər barəsində məcburi gətirilmə qərarı çıxarılıb
- 1 gün əvvəl
-
1 gün əvvəl
Türkiyədə bazar lideri olan şirkət Azərbaycanda ilk mağazasını açdı - FOTOLAR
-
1 gün əvvəl
Bakcell Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi!
- 1 gün əvvəl
-
1 gün əvvəl
MMC-lər ilə bağlı qaydalardan biri dəyişir - 2000 manatadək cərimə müəyyənləşir
-
1 gün əvvəl
Qeyri-sabit hava şəraiti mayın 9-dək davam edəcək - XƏBƏRDARLIQ