Putinin sərvəti açıqlanıb
Putinin 10 bankda 610 min dolları varRusiya Mərkəzi Seçki Komissiyası martda keçiriləcək prezident seçkilərində müstəqil namizəd olan Rusiya prezidenti Vladimir Putinin aktivlərini açıqlayıb.
Marja.az Rusiya Mərkəzi Seçki Komissiyasının yaydığı məlumata istinadən xəbər verir ki, Putinin Sankt-Peterburqda 78 kvadratmetrlik mənzili və həmin şəhərdə 18 kvadratmetrlik qarajı var.
Putinin 1960 model GAZ M21, 1965 model GAZ M21 və 2009 model Niva markalı avtomobilləri də olduğu qeyd edilib. Həmçinin Rusiya liderinə məxsus 10 müxtəlif bank hesabında cəmi 54,4 milyon rubl (təxminən 610 min dollar və ya 1 milyon 40 min manat ) vəsaiti var.
Sankt-Peterburq Bankının 230 səhminə sahib olan Putin, 2018-ci ildən başlayan prezidentlik dövrünü əhatə etməklə, son 6 ildə 67 milyon rubldan çox gəlir əldə edib.
Rusiyada prezident seçkiləri martın 15-17-də keçiriləcək
Putinin namizədliyi Yanvarın 29-da Rusiya Mərkəzi Seçki Komissiyası tərəfindən təsdiqlənib. Müstəqil namizəd kimi seçki yarışına qatılacaq Putini seçki kampaniyasında Rusiya parlamentinin aşağı palatası Dumadakı “Vahid Rusiya” Partiyası dəstəkləyəcək.
Rusiyada əvvəlki prezident seçkiləri 2018-ci il martın 18-də keçirilib və Putin 76,69 faiz səslə prezident seçilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
8 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
8 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
8 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
10 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 10 saat əvvəl
-
10 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb



























