Utilizasiyası fondunun vəsaitinin formalaşdırılması və istifadə qaydaları müəyyən edildi
Nazirlər Kabineti “Nəqliyyat vasitələrinin utilizasiyası fondunun vəsaitinin formalaşdırılması və istifadə Qaydası”nın təsdiq edilməsi haqqında Qərar qəbul edib.
Marja.az xəbər verir ki, qərar ilə, “Nəqliyyat vasitələrinin utilizasiyası fondunun vəsaitinin formalaşdırılması və istifadə Qaydası” təsdiq edilib.
Nəqliyyat vasitələrinin utilizasiyası fondunun vəsaitinin formalaşdırılması və istifadə QAYDASI
1. Ümumi müddəalar
1.1. Bu Qayda “Tullantılar haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 14-3-cü maddəsinin üçüncü hissəsinə uyğun olaraq hazırlanmışdır və “Nəqliyyat vasitələrinin utilizasiyası fondu”nun (bundan sonra - Fond) vəsaitinin formalaşdırılması və istifadəsi ilə bağlı məsələləri tənzimləyir.
1.2. Fond məqsədli büdcə fondu olmaqla dövlət büdcəsinin tərkibində yaradılır və onun vəsaitinin idarə olunması “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununa və digər normativ hüquqi aktların tələblərinə uyğun olaraq həyata keçirilir.
1.3. Fondun vəsaitinin idarə olunması Qanunun 14-2-ci maddəsinin birinci hissəsinə uyğun olaraq “Təmiz şəhər” Açıq Səhmdar Cəmiyyəti (bundan sonra - operator) tərəfindən həyata keçirilir.
2. Fondun vəsaitinin formalaşdırılma mənbələri
2.1. Fondun vəsaiti Qanunun 14-3-cü maddəsinin ikinci hissəsinə uyğun olaraq aşağıdakı müstəqil mədaxil mənbələri hesabına formalaşır:
2.1.1. utilizasiya haqqı;
2.1.2. kreditlər və qrantlar;
2.1.3. hüquqi və fiziki şəxslərin könüllü ianələri;
2.1.4. beynəlxalq təşkilatların və digər donorların ayırmaları;
2.1.5. qanunla qadağan olunmayan digər mənbələr.
2.2. Bu Qaydanın 2.1.1-ci yarımbəndində qeyd olunan utilizasiya haqlarının Fonda ödənilməsini fəaliyyət istiqamətlərinə uyğun olaraq gömrük orqanları və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 40 nömrəli Qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitələrinə və onların qoşqularına dövlət texniki baxışının keçirilməsi qaydaları haqqında nümunəvi Əsasnamə”nin 1.1-ci bəndində göstərilən orqanlar təmin edirlər.
3. Fondun vəsaitinin istifadə qaydası
3.1. Fondun vəsaiti aşağıdakı istiqamətlər üzrə istifadə edilir:
3.1.1. yeni istehsal olunmuş yerli nəqliyyat vasitələri utilizasiyaya verilmə barədə təsdiqedici sənəd təhvil verilməklə satın alınan zaman tətbiq edilən güzəşt məbləğlərinin nəqliyyat vasitələrinin satıcılarına geri ödənilməsi;
3.1.2. utilizasiyaya verilmiş nəqliyyat vasitələri üçün birdəfəlik ödənişlərin ödənilməsi;
3.1.3. operatorun nəqliyyat vasitələrinin utilizasiyası ilə bağlı funksiyalarının icrasının təşkili və təmin edilməsi üçün vəsaitin ödənilməsi.
3.2. Bu Qaydanın 3.1.1-ci və 3.1.2-ci yarımbəndlərində qeyd olunan istiqamət üzrə köçürmələr Qanunun 14-8-ci maddəsi ilə müəyyən edilən sənədlər əsasında və müddətlər nəzərə alınmaqla həyata keçirilir.
3.3. Fonda daxil olan aylıq vəsaitin 3 (üç) faiz həcmində hissəsi bu Qaydanın 3.1.3-cü yarımbəndi ilə müəyyən edilmiş istiqamət üzrə hər növbəti ayın 10-dək operatorun cari hesabına köçürülür.
3.4. Bu Qaydanın 3.3-cü bəndinə uyğun olaraq operatorun cari hesabına köçürülmüş vəsait onun gəlirlərinə aid edilməklə nəqliyyat vasitələrinin utilizasiyası üzrə tədbirlərin stimullaşdırılması və təşviqi, operatorun göstərdiyi xidmətlərin elektronlaşdırılması və qanunla qadağan edilməyən digər istiqamətlərdə istifadə olunur.
3.5. Fond hesabında ilin sonuna qalan vəsait növbəti ilə keçirilərək bu Qaydanın 3.1-ci bəndində qeyd edilən istiqamətlər üzrə istifadə olunur.
4. Nəzarətin həyata keçirilməsi
4.1. Fondun vəsaitindən səmərəli istifadə olunmasına Azərbaycan Respublikasının Maliyyə Nazirliyi nəzarət edir.
4.2. Fondun vəsaitindən istifadə olunması haqqında illik hesabat operator tərəfindən növbəti ilin yanvar ayın 31-dək Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 6 gün sonra
- 1 gün sonra
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
SOCAR-ın ortaq olduğu “Üstyurt” Əməliyyat Şirkətinin ofisi açılıb
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Kristal” şirkəti İtaliyanın qabaqcıl istehsalçısı ilə memorandum imzaladı
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Netflix" yarışı qazandı: "Warner Bros Discovery"ni 82,7 milyard dollara satın alır
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
İllik 15%-lik yüksək gəlir əldə etmək imkanı ®
SOCAR və “Uzbekneftegaz”ın birgə layihəyə başladı - Daşkənddə mərasim keçirilib, Mirziyoyev də iştirak edib
12, 36 və 146 nömrəli marşrutlarda avtobuslar yenilənir
SOCAR-ın ortaq olduğu “Üstyurt” Əməliyyat Şirkətinin ofisi açılıb
9-cu “Zeekr 001” avtomobilinin sahibi Leyla Fətəliyeva oldu
Ən çox oxunanlar
"Netflix" yarışı qazandı: "Warner Bros Discovery"ni 82,7 milyard dollara satın alır
Bank İmişlidə filial açdı
InvestAZ və Bakı Avrasiya Universiteti investisiya və kriptovalyuta bazarı üzrə seminar təşkil edib
Lombard şirkətinə 1,3 milyon manat pul lazımdır
Özbəkistan Prezidenti Azərbaycanın nazirini qəbul edib, birgə layihələri müzakirə edib
Azad olunmuş ərazilər üzrə torpaqların icarə müqavilələrinin imzalanmasına başlanıb
"Sizin Lombard"ın 15% gəlirliliyi olan 2 milyon manatlıq istiqrazları tam yerləşdirildi
Öz ərizəsi ilə işdən azad olundu















.jpg)



.jpg)
