Maliyyə Elm-Tədris Mərkəzi Beynəlxalq Mühasiblər Assosiasiyasının partnyoru statusu alıb
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi İmtiyazlı Sertifikatlaşdırılmış Mühasiblər Assosiasiyası proqramı üzrə “Gümüş statuslu Təhsil Partnyoru” (ACCA Silver Learning Partner) statusuna layiq görülüb.
Maliyyə Nazirliyinin yaydığı məlumatda bildirilir ki, bununla da Maliyyə Elm-Tədris Mərkəzi beynəlxalq maliyyə və mühasibatlıq sahəsində kvalifikasiyaların ölkəmizdə etibarlı təmsilçisi kimi çıxış etməklə, bu sahədə minlərlə gəncin təhsil və karyera həyatında uğur qazanması üçün yeni imkanlar yaradacaq.
İmtiyazlı Sertifikatlaşdırılmış Mühasiblər Assosiasiyası (ACCA) 179 ölkədə 227 min üzvü olan, sertifikat və diplomları beynəlxalq şirkətlər tərəfindən qəbul edilən dünyanın ən böyük mühasibat təşkilatıdır. ACCA kvalifikasiyası maliyyə, mühasibat uçotu və audit sahələri üzrə beynəlxalq əmək bazarının tələblərini özündə əks etdirən, peşəkar bilik, bacarıq və yeniliklər, o cümlədən işgüzar dəyərlər formalaşdıran peşəkar kvalifikasiya hesab olunur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
14 d. əvvəl
Beynəlxalq kredit reytinq agentliyi Türkiyənin kredit reytinqini yüksəltdi
-
19 d. əvvəl
İşçi “boş-bikar” sözünü qəbul etməyib şirkət rəhbərini məhkəməyə verdi - Azərbaycanda
-
42 d. əvvəl
Umico-nun gəlirləri 3 dəfədən çox artıb, lakin zərərdən çıxa bilməyib
- 1 saat əvvəl
-
12 saat əvvəl
143 milyonluq cinayət işi ilə bağlı şahidlər barəsində məcburi gətirilmə qərarı çıxarılıb
- 12 saat əvvəl
-
12 saat əvvəl
Türkiyədə bazar lideri olan şirkət Azərbaycanda ilk mağazasını açdı - FOTOLAR
-
14 saat əvvəl
Bakcell Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi!
- 14 saat əvvəl
-
14 saat əvvəl
MMC-lər ilə bağlı qaydalardan biri dəyişir - 2000 manatadək cərimə müəyyənləşir
-
14 saat əvvəl
Qeyri-sabit hava şəraiti mayın 9-dək davam edəcək - XƏBƏRDARLIQ