Vali: Kahramanmaraşın Azərbaycan Bulvarında binaların inşası 2024-cü ilin sonunadək yekunlaşacaq
Türkiyənin cənub-şərqində baş verən zəlzələ zamanı ən çox dağıntıların olduğu şəhərlərdən biri olan Kahramanmaraşın Azərbaycan Bulvarında yerləşən yaşayış binalarının inşasının 2024-cü ilin sonunadək yekunlaşması gözlənilir.
Bunu Kahramanmaraşın valisi Mükerrem Ünlüer bildirib.
O qeyd edib ki, məhz Azərbaycan Məhəlləsi layihəsi ən tez təhvil veriləcək layihə olacaq: “Bura tamam dağılmışdı. Azərbaycanlı qardaşlarımız bizə dəstək oldu, birlikdə 1 800 tikilinin inşasına başladıq. Bu ərazinin zəmininin gücləndirilməsi prosesindən sonra artıq inşaat işlərinə də start verilib. Məsələn, Heydər Əliyev adına ibtidai sinif məktəbinin inşası yaxın zamanda bitəcək”.
Yalnız zəmininin gücləndirilməsi prosesi üçün 40 milyon dolların xərcləndiyini əlavə edən Mükerrem Ünlüer zəlzələdən ziyan görən ərazilərdə yeni binaların inşasına yalnız Azərbaycanın bilavasitə dəstək olduğunu da vurğulayıb.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 12 d. əvvəl
- 20 d. əvvəl
-
25 d. əvvəl
Gənclərimiz informatika texnologiyaları sahəsində uğurlu nəticələr əldə etməyə davam edirlər
- 25 d. əvvəl
-
28 d. əvvəl
Birbank taksit kartı ilə ilk alış-verişdə 10% keşbek qazanın
- 36 d. əvvəl
-
48 d. əvvəl
Taleh Kazımov "Naxçıvan Bank"la bağlı məsələyə aydınlıq gətirib
-
1 saat əvvəl
Azərbaycan neftinin 2024 və 2025-ci illərdə qiyməti üzrə proqnoz açıqlanıb
-
1 saat əvvəl
"Bu ilin sonuna cari əməliyyatlar balansının 7 milyard dollar olacağını proqnozlaşdırırıq"
-
1 saat əvvəl
Daha 6 mikro sahibkara "Startap" şəhadətnaməsi verildi - 3 İL VERGİ ÖDƏMƏYƏCƏKLƏR
- 1 saat əvvəl
- 2 saat əvvəl