Türkiyənin "Baykar" şirkəti bir il ərzində Ukraynada zavod tikməyi planlaşdırır
Şirkətin baş direktoru Haluk Bayraktar bildirib ki, zavodda 500-ə yaxın işçi çalışacaqTürkiyənin pilotsuz təyyarə istehsalçısı "Baykar" Ukraynada zavodun tikintisini bir il ərzində başa çatdırmağı gözləyir.
Marja.az xəbər verir ki, bu barədə “Reuters” şirkətin baş direktoru Haluk Bayraktara istinadən məlumat yayıb.
“Zavodumuz tikilməkdədir. Tikintini başa çatdırmaq üçün bizə təxminən 12 ay lazımdır, sonra biz daxili texnologiya, avadanlıq və təşkilati struktura keçəcəyik”, - "Baykar"ın baş direktoru Ər-Riyadda keçirilən Dünya Müdafiə Sərgisində etdiyi açıqlamada bildirib.
Şirkətin baş direktoru əlavə edib ki, zavodda 500-ə yaxın işçi çalışacaq. Şirkətin ildə təxminən 120 pilotsuz təyyarə istehsal edəcəyi gözlənilir, lakin bunların TB2 və ya TB3 modelləri olacağı hələ ki, bəlli deyil.
Zavod üçün mümkün təhlükəsizlik problemləri ilə bağlı sualı cavablandıran “Baykar” şirkətinin baş direktoru ,“planların dəqiq şəkildə həyata keçirildiyini” deyib.
Yanvarda "24" telekanalı Ukraynanın Türkiyədəki səfiri Vasili Bodnara istinadən xəbər yayıb ki, Ukraynada Türkiyənin "Baykar" şirkətinin pilotsuz uçuş aparatlarının istehsalı üzrə zavodunun tikintisinin iki il ərzində başa çatdırılması planlaşdırılır.
"Baykar" şirkəti Ukraynadakı layihələrə, o cümlədən dron istehsalı zavodunun tikintisinə təxminən 100 milyon dollar sərmayə qoymağı planlaşdırdığını bildirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
2 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 3 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır


















.jpg)



