Qarabağın qurulması üçün kreditlər cəlb edilə bilər - "Bununla bağlı müəyyən niyyətlərimiz var"
"Azərbaycan işğaldan azad olunan ərazilərin yenidən qurulması və bərpasını sırf öz maliyyə imkanları hesabına həyata keçirir və bu proses davam edəcək. O ki, qaldı bu layihələrə kreditlərin cəlb edilməsinə, bu istiqamətdə işlər aparıla bilər. Bununla bağlı müəyyən niyyətlərimiz var. Ancaq hazırda bunlar sadəcə müzakirə mövzusudur. Ona görə də, konkret bir şey demək mümkün deyil".
Bunu Azərbaycanın maliyyə naziri Samir Şərifov bildirib.
O, "Bu il Azərbaycanın dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpasına ötən illə müqayisədə təxminən 20 % az - 3 milyard 825 milyard manat vəsait nəzərdə tutulub. Bu məbləğ sonradan artırıla bilərmi?" sualına belə cavab verib:
"Məsələyə vəsaitin azaldılması kimi baxmağın tərəfdarı deyiləm. İlk növbədə biz çalışırıq ki, işğaldan azad edilmiş ərazilərin yenidən qurulması və bərpası üçün maliyyələşmə səviyyəsini saxlayaq. Heç şübhəsiz ki, hər bir tədbirin maliyyələşdirilməsi dövlətin maliyyə imkanları ilə bağlıdır. Biz imkan yarandıqca layihələrə vəsait ayırırıq. Ötən ilə fikir versəniz görərsiniz ki, ilkin olaraq həmin məqsədlər üçün büdcədən cəmi 3 milyard manat vəsait ayrılmışdı. Lakin sonradan dövlətin maliyyə imkanları artdı və 2023-cü ilin iyun ayında ölkə Prezidentinin təqdimatına əsasən, büdcəyə yenidən baxıldı.
Bunun da iki əsas səbəbi vardı. Birinci səbəb ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi idi. Digər səbəb isə işğaldan azad edilmiş ərazilərin yenidən qurulması, ölkə iqtisadiyyatına reinteqrasiyası üzrə tədbirlərin maliyyələşdirilməsi idi. Yenidən baxılma nəticəsində büdcədən bu məqsədlər üçün əlavə 1,8 milyard manat ayrıldı. Onu da deyim ki, ötən il büdcənin icrası zamanı əlavə olaraq həm Prezidentin ehtiyat fondundan, həm də büdcənin ehtiyat fondundan vəsait ayrıldı. Beləliklə, ümumi məbləğ 5 milyard manatı üstələdi. Cari ildə də bunu istisna etmək olmaz. 2024-cü ilin dövlət büdcəsində də müəyyən vəsaitlər nəzərdə tutulub. Dövlətin maliyyə imkanlarından asılı olaraq, əlavə gəlirlər olduqda və yaxud büdcə vəsaitlərinə qənaət olunduqda həmin pullar ilk növbədə qeyd etdiyiniz məqsədlərə yönəldiləcək".
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 3 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 16 saat əvvəl
-
18 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 18 saat əvvəl
- 23 saat əvvəl
-
23 saat əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 23 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb




















