Dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək - ŞƏRTLƏR
13 fevral 2024-cü il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin Kuponlu, Dövlət Ortamüddətli İstiqrazları (DOİ) üzrə hərrac keçiriləcəkdir.
Birjanın yaydığı məlumata görə, hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 10:00-dan 11:00-dək təşkil olunacaqdır.
İstiqrazların buraxılış parametrləri:
Dövlət istiqrazının növü: Kuponlu, ortamüddətli dövlət istiqrazları
Qiymətli kağızın ISIN kodu: AZ0201070031
Emissiya həcmi: 100 000 000 manat
Nominal dəyəri: 100 manat
İstiqrazların tədavül müddəti: 1092 gün
Faiz ödənişləri (olduqda)13 avqust 2024-cü il, 11 fevral 2025-ci il, 12 avqust 2025-ci il, 10 fevral 2026-cı il, 11 avqust 2026-cı il, 9 fevral 2027-ci il
Faiz gəliri: 7 %
Ödəmə tarixi: 09.02.2027
Anderrayter: “PAŞA Kapital İŞ” QSC
Hərrac zamanı, qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qəbul edilməsinə icazə verilir.
Bundan əlavə, hərrac iştirakçıları tərəfindən istiqrazların alınması üçün verilən sifarişlərin həcmi Emitent tərəfindən hərraca çıxarılmış istiqrazların həcminin 20%-dən aşağı olduğu təqdirdə, Emitent bu sifarişləri qəbul etməyə bilər. Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.
Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının (www.bfb.az) “Üzvlər” bölməsində yerləşdirilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
2 d. əvvəl
Taleh Kazımov "Naxçıvan Bank"la bağlı məsələyə aydınlıq gətirib
- 18 d. əvvəl
-
35 d. əvvəl
Azərbaycan neftinin 2024 və 2025-ci illərdə qiyməti üzrə proqnoz açıqlanıb
-
38 d. əvvəl
"Bu ilin sonuna cari əməliyyatlar balansının 7 milyard dollar olacağını proqnozlaşdırırıq"
-
42 d. əvvəl
Daha 6 mikro sahibkara "Startap" şəhadətnaməsi verildi - 3 İL VERGİ ÖDƏMƏYƏCƏKLƏR
- 53 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Mərkəzi Bank: 2024-cü və 2025-ci illərdə inflyasiyanın hədəf daxilində olacağı gözlənilir
- 1 saat əvvəl
- 1 saat əvvəl