Putin ABŞ-ın xarici siyasət mübarizəsində Dollardan istifadə etməsini axmaqlıq adlandırıb
Rusiya prezidenti qeyd edib ki, ABŞ-ın hərəkətləri nəticəsində hətta müttəfiqləri arasında da dollarla valyuta ehtiyatları azalmağa başlayıb.ABŞ-ın Dollardan ölkə xarixcində mübarizədə istifadə etməsi axmaqlıqdır və ABŞ-ın ən pis strateji səhvlərindən biridir.
Marja.az xəbər veri ki, bunu Rusiya prezidenti Vladimir Putin amerikalı jurnalist Taker Karlsona müsahibəsində deyib.
“Dollardan xarici siyasət mübarizəsi aləti kimi istifadə etmək ABŞ-ın siyasi rəhbərliyinin kobud strateji səhvlərindən biridir. Bu (ABŞ Dolları - red), ABŞ-ın dünyada gücünü saxlamaq üçün əsas silahlardan biridir. Siyasi rəhbərlik dollardan siyasi mübarizə aləti kimi istifadə etmək qərarına gələn kimi Amerikanın bu gücünə zərbə vurdular. Mən heç bir qeyri-ədəbiyyatdan istifadə etmək istəmirəm, amma bu axmaqlıq və böyük səhvdir" - Rusiya prezidenti deyib.
O, həmçinin əlavə edib ki, ABŞ-ın hərəkətləri nəticəsində hətta onun müttəfiqləri belə dollarda saxladıqları valyuta ehtiyatlarını azalmağa başlayıblar.
"Dünyada görün nələr baş verir. Hətta ABŞ-ın müttəfiqləri arasında da dollarda olan ehtiyatları indi azalır. Hamı baş verənlərə baxır və özünü qorumaq üçün qabaqlayıcı tədbirlər görməyə başlayıb. ABŞ tərəfindən ödənişlərin məhdudlaşdırılması, aktivlərin dondurulması və s. kimi məhdudlaşdırıcı tədbirlər bütün dünya üçün böyük həyəcan və siqnaldır”, - Putin bildirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
8 saat əvvəl
143 milyonluq cinayət işi ilə bağlı şahidlər barəsində məcburi gətirilmə qərarı çıxarılıb
- 8 saat əvvəl
-
8 saat əvvəl
Türkiyədə bazar lideri olan şirkət Azərbaycanda ilk mağazasını açdı - FOTOLAR
-
10 saat əvvəl
Bakcell Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi!
- 11 saat əvvəl
-
11 saat əvvəl
MMC-lər ilə bağlı qaydalardan biri dəyişir - 2000 manatadək cərimə müəyyənləşir
-
11 saat əvvəl
Qeyri-sabit hava şəraiti mayın 9-dək davam edəcək - XƏBƏRDARLIQ
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Bakı-Tbilisi-Qars dəmir yolu xəttində modernləşdirmə işləri başa çatıb - MÜSAHİBƏ
-
12 saat əvvəl
Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin yeni təlimlərə qeydiyyat üçün son 3 gün!